22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş turnirə start verilib
İdman 18.11.2022 298


Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş turnirə start verilib

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş minifutbol turnirinin açılış mərasimi keçirilib. Tennis Akademiyasında keçirilən mərasim Vətən Müharibəsi Şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. 

Tədbirin bədii hissəsində xalq artisti Samir Cəfərovun Ulu Öndərə həsr olunmuş mahnılar ifa edib, gimnastika hamı üçün, brek dans və digər nümunəvi çıxışlar olub.
Tədbirdə komandaların təqdimatından sonra çıxış edən “Zirə” peşəkar futbol klubunun Müşahidə Şurasının sədri, Azərbaycan Minifutbol Federasiyasının fəxri prezidenti Orxan Məmmədov və gənclər və idman naziri Fərid Qayıbov iştirakçılara uğurlar arzulayıblar. Qeyd olunub ki, Azərbaycan idmanının ən böyük himayədarı ulu öndər Heydər Əliyevin xatirə turnirində bütün dövlət qurumları təmsil olunur.

Mərasimin rəsmi hissəsi Dövlət Himnimizin səsləndirilməsi ilə başa çatıb və ilk turun ilk oyununa start verilib. İlk oyunda Dövlət Neft Şirkəti ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi komandaları qarşılaşıblar. FİFA referiləri Əliyar Ağayevlə Knyaz Əmiraslanovun birgə idarə etdiyi oyunda topa ilk zərbəni “Qarabağ” futbol komandasının baş məşqçisi Qurban Qurbanov vurub. Gərgin mübarizə şəraitində keçən oyunda KOBİA 1:0 hesabı ilə qalib gəlib.

Məlumat üçün bildirək ki, ümumilikdə 52 dövlət qurumu – nazirlik, komitə, səhmdar cəmiyyət, agentlik digər strukturların təmsil olunduğu yarış hər birində 13 komanda olmaqla, 4 qrupda start götürəcək. 19 noyabr 2022-ci il – 6 may 2023-cü il tarixlərini əhatə edən turnir 4 mərhələli (İlkin mərhələ; İlkin mərhələ – “Play-off”; İkinci mərhələ; “4-lər finalı”) sistem üzrə keçirilir. İlkin mərhələdə püşkatma vasitəsilə komandalar A, B, C və D qruplarında mübarizəyə başlayır. Hər qrupda 13 komandanın iştirak edəcəyi ilkin mərhələ bir dövrədən ibarət olur. Bu mərhələdə ilk 8 yeri tutan komandalar ilkin mərhələnin “Play-off”una vəsiqə qazanır. “Play-off”da 32 komanda iştirak edir. Bu mərhələdə qalib komandalar (16 komanda) turnirin ikinci mərhələsinə vəsiqə qazanır. İkinci mərhələdə komandalar A, B, C və D qruplarında mübarizəyə başlayır. Hər qrupda 4 komandanın iştirak edəcəyi ikinci mərhələdə yalnız qrup qalibləri “4-lər finaI”ına vəsiqə qazanır. “Dördlər finalında” 4 komanda ilk olaraq yarımfinalda qarşılaşır. Yarımfinal oyununun qalibləri finala vəsiqə qazanır, məğlub komandalar 3-cü yer uğrunda qarşılaşır. Qeyd edək ki, oyunlar həftənin şənbə və bazar günləri saat 10:00–15:00 aralığında keçiriləcək.

Gənclər və İdman Nazirliyinin Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Azərbaycan Minifutbol Federasiyasının dəstəyi ilə dövlət qurumları arasında təşkil etdiyi yarış 2023-cü il mayın 6-dək davam edəcək.

Gənclər və İdman Nazirliyinin Mətbuat Xdməti






Starxeber Bizi instagramda izləyin