10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |     18:24 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “AzerGold” QSC arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     18:15 “İMZA”-da yeni təyinatlar olub  |     18:08 Rəna Əkbərova yeni vəzifəyə təyin olunub  |     18:06 Azərbaycan oftalmoloqlarının İndoneziya səfəri başa çatıb  |    
Paytaxt məktəbində “Şuşanın 270 anı" bədii-sənədli filmin təqdimat mərasimi
Sosial 14.11.2022 210

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisəsində “Şuşanın 270 anı" bədii-sənədli filmin təqdimat mərasimi keçirilib.

Bakı şəhəri Məktəb-Lisey Kompleksində təşkil olunmuş təqdimat mərasimində BŞTİ-nin müdiri Mehriban Vəliyeva, “Cəmiyyətin və Medianın İnkişafı” İctimai Birliyinin sədri, layihə rəhbəri Lalə Azərtaş, BŞTİ-nin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov, filmin ideya müəllifi İlkin Əhmədov və redaktoru Kərəm Ələsgərov, müəllimlər, şagirdlər iştirak ediblər.

Tədbirdə çıxış edən BŞTİ-nin müdiri Mehriban Vəliyeva “Şuşanın 270 anı” bədii-sənədli filminin təqdimatının paytaxt məktəbində keçirilməsinin böyük önəm daşıdığını diqqətə çatdırıb. Bildirib ki, Qarabağda əldə olunan möhtəşəm Zəfərdən sonra bu tarixi qələbəni, qəhrəman oğullarımızın şücaətini gələcək nəsillərə ötürmək, onları vətənpərvər ruhda yetişdirmək işində təhsil işçilərinin üzərinə böyük məsuliyyət düşür. M.Vəliyeva gənc nəslin Zəfər tariximizdən sonrakı mərhələdə vətənpərvərlik, milli-mənəvi dəyərlər ruhunda tərbiyəsinin bu gün qarşımızdakı ən önəmli hədəflərdən biri olduğunu söyləyib. İdarə müdiri qeyd edib ki, bu gün “Şuşanın 270 anı” filminin məktəbdə keçirilən təqdimatı da bu missiyadan irəli gəlir.

“Cəmiyyətin və Medianın İnkişafı” İctimai Birliyinin sədri, layihə rəhbəri L.Azərtaş filmin ərsəyə gəlməsi ilə bağlı görülən işlər haqqında məlumat verib. O bildirib ki, layihə çərçivəsində Azərbaycan, rus və ingilis dillərində https://loveshusha.com adlı sayt da yaradılıb. Saytda layihə çərçivəsində görülən işlər, Şuşanın tarixi, Vətən Müharibəsindən sonra qısa müddət ərzində şəhərdə gerçəkləşdirilən quruculuq işləri ilə bağlı məlumatlar, həmçinin şəhərlə bağlı fotolar və məqalələr toplanıb.

Tədbirdə, həmçinin layihə çərçivəsində hazırlanan “Şuşa 270” adlı nəşr təqdim edilib. Bildirilib ki, Azərbaycan, ingilis, və rus dillərində yüksək keyfiyyətlə hazırlanan nəşrdə Şuşa sakinləri üçün əziz olan və işğal zamanı bütün təhlükələrə baxmayaraq, şəhərdən çıxardıqları əşyalarla bağlı məlumatlar əksini tapıb.

Məktəb-Lisey Kompleksinin direktoru Esmira Quliyeva “Şuşanın 270 anı" bədii-sənədli filminin təqdimat-müzakirəsinin təşkilinə görə təşəkkürünü bildirib. Daha sonra “Şuşanın 270 anı" bədii-sənədli filmi ilə bağlı müzakirələr aparılıb, şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, “Şuşanın 270 anı” bədii-sənədli filmi “Cəmiyyətin və Medianın İnkişafı” İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra etdiyi “Şuşanı tanıyaq, tanıdaq!” layihəsi çərçivəsində ərsəyə gəlib.






Starxeber Bizi instagramda izləyin