17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
“Eleqant kimono: Yapon kimono şousu” adlı moda nümayişi
Mədəniyyət 12.11.2022 201


Ənənəvi yapon kimonosu və Azərbaycan xalça ornamentləri

Noyabrın 11-də Azərbaycan Milli Xalça Muzeyində Azərbaycan və Yaponiya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə “Eleqant kimono: Yapon kimono şousu” adlı moda nümayişi keçiriləcək. Tədbir Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Xalça Muzeyi, Yaponiyanın Azərbaycandakı Səfirliyi, SOAC Art Consultancy & Curation, Odasho Co. Ltd, Yaponiya Beynəlxalq Tekstil Şəbəkəsinin təşkilatçılığı, “ISR Holding”in dəstəyi ilə reallaşacaq. 
Defilədə ənənəvi yapon kimonoları ilə yanaşı, Azərbaycan xalça ornamentləri ilə işlənmiş kimonolar da təqdim olunacaq. Yaponların bayram, toy kimi xüsusi günlərdə, digər mərasimlərdə geyindikləri, həm uşaqlar, həm də böyüklərin həyatında öz yeri və rolu olan müxtəlif növ kimonoların nümayişi baş tutacaq.
Kimono yapon mədəniyyətinin ayrılmaz hissəsi olan ənənəvi geyimdir. “Eleqant kimono: Yapon kimono şousu” defiləsində bu geyimin daşıdığı milli-mədəni identiklik təqdim olunacaq. Azərbaycan və Yaponiya arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinə xidmət edən tədbirdə kimononun yaponların həyatındakı əhəmiyyətindən, bu günə qədər öz aktuallığını qoruyub saxlamasından danışılacaq. Müxtəlif növ kimonolar - təntənəli mərasimlər üçün nəzərdə tutulan “furisode” və “kosode”, festivallarda geyinilən “happi”, yüngül yay kimonosu “yukata” nümayiş ediləcək. Şounun sürprizini “Kimono Trip” (“Kimono səyahəti”) adı altında Azərbaycan xalça naxışları ilə bəzədilmiş xüsusi modellər və ənənəvi türk “kutnu” parçalarından hazırlanmış kimonolar təşkil edir. Bu, xüsusi növ kimononun tamamilə yeni təfsiridir. 
Ümumilikdə, moda nümayişində təkcə milli yapon geyimi kimi deyil, həm də universal geyim olaraq coğrafi sərhədləri aşmış moda nümunələri olan 24 kimono nümayiş etdiriləcək.






Starxeber Bizi instagramda izləyin