22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
“Aslan Hürkuş: Missiyamız Gökbey” Uşaqların sevimli cizgi filmi cinemalarda
Mədəniyyət / Sosial 11.11.2022 293

Oktyabrn 21-dən ekranlara çıxan “Aslan Hürkuş: Missiyamız Gökbey” 6-9 yaş arası uşaqlar üçün nəzərdə tutulub. Bu animasiya filmi 3D formatında çəkilib. 91 dəqiqəlik ekran işidir. Ssenarisi Ali Hakan Kaya və Sinem Doğangönülə aid olan cizgi filminin istehsalçısı “Outline Animation And Games” şirkətidir. Rejissor: H. Sinan Güngör, Semih Turalı, Yunus Emre Çakır, görüntü rejissoru: Halil Öztürk, musiqisi isə Ali Bakana məxsusdur. 
Bu barədə Bugun tv-yə Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyini rəhbəri Selcuk Karakılıç məlumat verib. Onun sözlərinə görə “Aslan Hürkuş: Missiyamız Gökbey” uşaqlara elm və mədəniyyəti sevdirən, onları texnoloji inkişaflara həvəsləndirən, maraqlandıran ibrətamiz və faydalı bir cizgi filmdir. Bu filmdən ilhamlanan azərbaycanlı uşaqlar vətən üçün daha xeyirli işlər görəcək, helikopter, təyyarə, avtomobil kimi yüksək texnologiyalı nəqliyyat vasitələrinin istehsalında öz töhvələrini verə biləcəklər”. 
Əyləncə, dostluq və həyəcanla dolu filmin əsas sloqanı isə "Adımızı Səmaya Yenidən Yazmağa Gəlirik!"di.
Film uçuş təlimi zamanı Gökbeylə bir araya gələn Aslan, dostları və Hürkuşun Kapadokyadan başlayaraq ölkənin hər yerində davam edəcək macərasından bəhs edir. 
Cəlbedici, güclü və dost canlı helikopter olan Gökbey, Hürkuşun daşından əldə edilən məlumatlar əsasında yaradılan mavi daşla canlandırılır. Fəridin polis qrupları tərəfindən tutulmasından sonra işləri öhdəliyinə götürən Yaralı Üz, demək olar ki, tamamilə mənfi enerji ilə əldə edilən qırmızı bir daş yaradır, ancaq əllərində daşın enerjisini qaldıracaq qədər güclü bir təyyarə və ya helikopterlər yox idi. Buna görə də uçuş təlimi zamanı Gökbeyi hədəfə alıb qaçırırlar. Aslan, dostları və Hürkuş Gökbəyin arxasınca gedirlər, lakin qırmızı daşın təsiri ilə pis vəziyyətə düşən Gökbeyi xilas etmək və əvvəlki vəziyyətinə gətirmək düşündükləri qədər asan olmayacaq.
Seriyanın ilk filmində başlayan möhtəşəm macəra ikinci bölümdə də sürətlə davam edəcək. 
Qeyd edək ki, “Aslan Hürkuş: Missiyamız Gökbey” cizgi filmini Türkiyənin tanınmış sənətçiləri - Kayra Özdemi̇r, Elif Gizem Aykul, Fatih Özkul, Ali Hekimoğlu, Sinan Peki̇nton, Çağrıl Atay, Ekrem Tamer səsləndiriblər. 






Starxeber Bizi instagramda izləyin