17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Azərbaycanda həvəskar badmintonun inkişafı, perspektivləri və kütləvilik
İdman 9.11.2022 447

Azərbaycan nəinki Qafqazda, hətta dünyada idman ölkəsi kimi tanınır. Ölkəmiz bütün beynəlxalq yarışlarda yüksək nəticələr qazanır, idmançılarımız adından söz etdirməyi bacarır.


Ulu öndər Heydər Əliyevin dövründən bu günə qədər dövlət səviyyəsində idmana diqqət və qayğı ən yüksək həddədir. Hazırda ölkəmizin başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyev və onun xanımı, Azərbaycan Respublikasının Vitse-prezidenti Mehriban Əliyevanın idmana ayırdığı misilsiz diqqətin nəticəsidir ki, Azərbaycan dünyada idman ölkəsi kimi tanınır, idmançılarımızın, eyni zamanda idman camiyəmizin rifah və şəraiti yaxşı vəziyyətdədir. 

Azərbaycan əsasən təkli idman növlərində uğur qazanır. Ölkəmizdə güləş, cüdo, karate, boks reytinq cəhətdən bir addım öndədir. 

Lakin bununla kifayətlənmək nə dərəcədə düzgündür?

Son dönəmlər idman federasiyalarında gedən islahatlar nəticəsində inkişaf, yüksək potensial gözə çarpan dərəcədə hiss olunur. 

Bu islahatların müsbət təsir etdiyi federasiyalardan biri də badminton federasiyasıdır. Son bir ildə görülən işlər bu sahədəki uğurlara təkan verir. Ölkə ərazisində badmintonun inkişafı, irimiqyaslı yarışlardaki uğurlu çıxışlar və idman siyasətindəki tutulan düzgün yol bunu deməyə əsas verir.

Bildiyiniz kimi badminton Asiya ölkələrində populyar idman növü sayılır. Hətta bu ölkələrdə Təhsil Nazirliyi tərəfindən fənn kimi məktəblərdə tədris olunur. 

Azərbaycanda bu idman növünün inkişafı üçün demək olar hər bir şərait var. 

Həvəskar badmintonun inkişafı üçün:

Azərbaycanda bu idman növünün inkişafı üçün demək olar hər bir şərait var. Həvəskar badmintonun inkişafıyla bağlı "Volan" badminton klubunun baş məşqçisi Orxan Qələndərovla danışdıq.

Təcrübəli mütəxəssisin sözlərinə görə inkişafa ən çox təkan verənlərdən biri Təhsil Nazirliyi olmalıdır: 

“Bildiyiniz kimi Təhsil Nazirliyinin tabeliyində çoxsaylı idman məktəbləri var. Badmintonu maksimum dərəcədə hər bir idman məktəbinda tədris etsələr faydasinı tez bir zamanda görə bilərik. Eyni zamanda badmintonun fənn kimi tədrisi ciddi fayda verə bilər. Misal olaraq Danimarka, İspaniya, İndoneziya kimi ölkələri nümunə kimi göstərə bilərik. Onlar hətta bu idman növündə daxili olimpiyadalara qatılırlar. Bundan başqa aidiyyəti qurumlar badminton idman klubları ilə daimi əlaqədə olsalar çox yaxşı olar. Biz "Volan" badminton klubu olaraq hər bir şərait yaratmağa hazırıq. Bu, gənclərin asudə vaxtının səmərəli təşkili, onların sağlamlığı üçün çox faydalıdır. Elə, inkişafa gedən yol da bu amillərə bağlıdır".


Bəli, badminton sağlamlıq cəhətdən insan orqanizmi üçün çox xeyirlidir. Hazırda pis vərdişlərin yayıldığı dönəmdə, qidaların geninin dəyişdiyi bir vaxtda badminton bizi bu bəlalardan xilas edə bilər. 

Badmintonun insan orqanizmi üçün faydaları bunlardır:

 1. Əzələləri möhkəm saxlayır

Badminton oynamağın vacib 
faydalarından biri də əzələ gücünü artırır, sizi güclü və fit bədən quruluşuna sahib edir. Davamlı hərəkətlər, əzələ kütləsini artırır, həmçinin nöqtələri mükəmməl quruluşa çatdırır. Əsas əzələlər kimi baldırlar, qol və dördbucaqlı əzələni inkişaf etdirir.

 2. Ürək-damar sistemini möhkəmləndirir


Badmintonda davamlı hərəkətlər və vuruşlar, ürək əzələlərini gücləndirir. Həmçinin damarlarımızda qan dövranını yaxşılaşdırır və ürəyi pompalayır. Xolesterol səviyyəsini azaldır, infarkt və ya aşırı vuruş riskini azaldır. Bu da ürəyin tıxanmış divarlarını açır və qan axınını tənzimləyir.

 3. Stressi azaltmağa kömək edir 

Canlı badminton oyunu stress hormonlarınızı dəf etmək üçün sağlam və sakitləşdirici vasitədir. Stress insanı günbə-gün tükədən bir şeydir. Bu, insann həm fiziki, həm də zehni qabiliyyətini azaldır. Amma badmintonla gündəlik məşq etməklə, vücudumuz stress hormonlarımız azad edir və xoşbəxtlik hormonlarını artıraraq sizi xoşbəxt edir.

4. Sağlam bir həyat üçün yüksək metabolizm sürəti ilə yaxşı bir metabolizmə sahib olmaq vacibdir. Badminton sizi başdan dırnağa qədər tərlədən aktiv idman növüdür. Vücudumuzun təbii tərləməsi kaloriləri yandırır və toksinləri içəridən çıxarır. Beləliklə kilo verməyə kömək edir. Artan maddələr mübadiləsi bədəninizi qoruyur və sizi fit və möhkəm saxlayır.

 5. Sümükləri möhkəmləndirir

Hər gün sağlam bir badminton matçı keçirmək sümük sınıqları riskini azaldır.  Əllərin, ayaqların və qolların irəli-geri hərəkətləri, sümüklərinizdə kalsium maddəsini inkişaf etdirərək içindəki ilikləri gücləndirir.  Bu, həm də fiziki görünüşü artırır, çünki insan bədəni sümüklərə tabedir.

 Badmintonun ölkə ərazisində kütləviliyinin artırılması üçün nələr lazımdır?


Bu barədə infrastruktur meneceri Elnur Məmmədovla danışdıq. Mütəxəssis deyir ki, kütləviliyinin artırılması ilk növbədə ictimai yerlərdən başlamalıdır: 

“Mərkəzdən tutmuş, qəsəbələrdəki normal şəraiti olan parklara qədər badminton sahəsi inşa edilməlidir. Nəzərə alsaq ki, badminton sahəsinin yaradılması üçün peşəkar infrastruktur lazım deyil. Ona görə bu yöndə iş aparmaq üçün külli miqdarda maliyyəyə ehtiyac duyulmur. Ümumiyyətlə badminton elitar idman növü sayılır. Misal gətirmək olar ki, bu gün bir çox idarə və müəssisələrdə əməkdaşların asudə vaxtlarının səmərəli keçirilməsi üçün müəyyən oyun zonaları qurulub. Onlara badminton da əlavə edilsə çox yaxşı olar. Bundan başqa ölkə ərazisində tək federasiya deyil, fərdi təşəbbüslər əsasında həvəskar səviyyəli yarışlar təşkil olunmağı təqdirə layiq olar. Bu işdə əsas pay icra hakimiyyətlərinin üzərinə düşür". 


Gələcək perspektivlər


Badmintonda kütləvilik gələcək uğurlardan xəbər verir. Gənclərimiz hər gün 30 dəqiqə bu idman növü ilə həvəskar şəkildə məşğul olsa, bir il ərzində badminton səviyyəsində bir neçə mərhələli uğur deməkdir. Əminliklə deyə bilərik ki, kütləvilik maksimum səviyyəyə çatsa, 10 il ərzində Olimpiadalarda medal qazanma şansımız daha çox olacaq. Badminton federasiyasının hazırki sistemi idmançılara hər bir şəraitinin artılmasinı vəd edir.
Bu şəraitdən maksimum dərəcədə istifadə etmək lazımdır!

Ağa Dadaşzadə






Starxeber Bizi instagramda izləyin