10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |     18:24 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “AzerGold” QSC arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     18:15 “İMZA”-da yeni təyinatlar olub  |     18:08 Rəna Əkbərova yeni vəzifəyə təyin olunub  |     18:06 Azərbaycan oftalmoloqlarının İndoneziya səfəri başa çatıb  |    
Apple Pay artıq Yelo Bank-da!
Sosial 1.11.2022 166


Yelo Bank müştəriləri üçün innovativ həlləri tətbiq etməyə davam edir. Bank bu dəfə kart müştərilərinə Apple Pay təmassız ödəmə üsulunu əlçatan etdi. Bunun üçün sadəcə iPhone smartfonu, Apple Watch saatını və ya iPad planşetini ödəmə terminalına yaxınlaşdırmaq kifayətdir. Apple Pay ilə təmassız ödəmə nişanı olan istənilən market, aptek, taksi, kafe, restoran, pərakəndə satış mağazaları və bir çox digər yerlərdə ödənişlər etmək mümkündür. 

Apple Pay-in əsas üstünlüyü onun təhlükəsizliyi və məxfiliyindədir. Bu üsulla həyata keçirilən hər bir əməliyyat etibarlı qorunur, çünki istifadəçi ödənişi Face ID, Touch ID və ya cihazın parolu ilə təsdiq etməlidir. Apple Pay-ə əlavə edilmiş kart məlumatları nə cihazda, nə də Apple serverlərində saxlanılmır. Əvəzində karta unikal cihaz qeydiyyat nömrəsi verilərək şifrələnir və cihazın yüksək standartlara cavab verən sertifikasiya edilmiş “Təhlükəsiz element” çipində əminliklə saxlanılır.   

Yelo kartı Apple Pay-də aktivləşdirmək çox asandır:
·       Yelo mobil tətbiqinə daxil olub, istədiyiniz kartı seçin
·       “Apple Wallet”ə əlavə etmək üçün müvafiq təlimatları yerinə yetirin.

Prosesi yekunlaşdırdıqda seçdiyiniz kartı iPhone, Apple Watch, iPad, Mac cihazları vasitəsilə Apple Pay ödənişlərində istifadə edə biləcəksiniz. 

Apple Pay xidmətinə qoşulmuş Yelo kart sahibləri Bankın təklif etdiyi cashback və endirimlərdən faydalanmağa davam edə biləcəklər. 

Yelo mobil tətbiqini yükləmək üçün https://bit.ly/ylapple və Apple Pay haqqında daha ətraflı məlumat üçün https://bit.ly/yaplpay linklərinə keçid edə bilərsiniz.

Bank xidmətləri, həmçinin, məzənnə haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın.






Starxeber Bizi instagramda izləyin