17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
“Uşaq Hüquqları Aylığı” çərçivəsində Ombudsmanın Milli Preventiv Qrupu tərəfindən uşaq evlərinə başçəkmələr davam etdirilir
Sosial 31.10.2022 175

“Uşaq Hüquqları Aylığı” çərçivəsində Ombudsmanın Milli Preventiv Qrupu tərəfindən uşaq evlərinə başçəkmələr davam etdirilir

Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən 1 və 2 saylı uşaq evlərinə əvvəlcədən xəbərdarlıq edilmədən planlı başçəkmələr həyata keçirilib.
Keçirilən başçəkmələrdə məqsəd müxtəlif yaş qruplarından olan uşaqların hüquqlarının təmini, əvvəlki başçəkmələr zamanı müəyyən edilmiş nöqsanların aradan qaldırılması və verilmiş tövsiyələrin icrası vəziyyətinin öyrənilməsi, o cümlədən Ombudsman  tərəfindən elan edilmiş, 20 oktyabr - 20 noyabr tarixlərini əhatə edən “Uşaq Hüquqları Aylığı” çərçivəsində hüquqi maarifləndirmə tədbirlərinin keçirilməsi olub.
Başçəkmələr zamanı adıçəkilən müəssisələrin bütün  ərazisinə baxış keçirilib, sosial xidmətin təşkili ilə bağlı mövcud vəziyyət və sənədləşmə araşdırılıb. Rəftar məsələlərinin araşdırılması məqsədilə müəssisə rəhbərliyi, əməkdaşlar və uşaqlarla fərdi müsahibələr aparılıb.
Hər iki müəssisədə sıxlığın olduğu, 2 saylı uşaq evində tibbi xidmətə aid nöqsanların aradan qaldırıldığı müşahidə edilib.


Başçəkmə ilə yanaşı hər iki müəssisədə uşaqların, habelə psixoloq və tərbiyəçilərin iştirakı ilə keçirilən təlimlər zamanı Ombudsman Aparatının Uşaq hüquqlarının müdafiəsi sektorunun əməkdaşlarının da iştirakı təmin olunmaqla uşaq hüquqlarına dair mövcud normativ hüquqi aktlar və hüquqi müdafiə vasitələri haqqında məlumat verilib. Eyni zamanda, ayrı-seçkilik və onunla mübarizə üsulları, uşaqların istismar, sui-istifadə, laqeyd rəftar və zorakılıqdan müdafiəsi, erkən nikah, uşaq əməyi, zərərli təsirlərdən mühafizəsi məsələlərinə toxunulub.
Təlim uşaqların fəal iştirakı ilə müzakirə şəklində keçirilib, onların fikirləri öyrənilib, sualları cavablandırılıb.
Yekunda müəssisə rəhbərliyi və məsul əməkdaşlara saxlanma şəraiti, tibbi xidmət və sənədləşmə ilə bağlı milli qanunvericiliyə və beynəlxalq sənədlərə müvafiq şəkildə tövsiyələr verilib.
 Mətbuat xidməti 






Starxeber Bizi instagramda izləyin