14:54 Medianews.az 11 il SİZİNLƏ  |     12:53 “Nar”dan əla fürsət: Köhnə smartfonunu sərfəli şərtlərlə sat!  |     21:25 “Bundan sonra. Hər zaman” filminin romantik təqdimatı olub  |     16:29 Tanınmış rəssam və iş xanımı Gülçin Aslanlı ailə həyatı qurdu  |     22:41 Zəfərimizdən bəhs edən film nümayiş olunacaq - VİDEO  |     22:13 Tanınmış aparıcı Federasiyada yeni vəzifəyə təyin oldu  |     14:38 “Nar” xidmət mərkəzlərini yeniləməyə davam edir  |     14:09 Əkinçilik İnstitutu Toxumçular Assosiasiyası ilə əlaqələri gücləndirir  |     13:20 Mərakeş Kralı zəlzələdən zərərçəkmiş yaralılara qan verdi  |     10:48 Qanda şəkərin miqdarının kəskin artıb-azalması diabetik komaya qədər gətirib çıxara bilir  |     14:50 Mərakeş Krallığı zəlzələ ilə bağlı işçi qrupu yaradıb  |     11:49 Əziz kinosevərlərə şad xəbərimiz var!  |     18:10 “Nar” “Stevie” mükafatına layiq görüldü  |     23:58 Müasir dövrün tarixi - VANDA  |     18:26 Azərbaycan diplomatiyasının növbəti parlaq qələbəsi  |     09:51 Puç olmuş ümidlər və Azərbaycan diplomatiyasının növbəti qələbəsi  |     11:17 Mərakeş Xarici İşlər Nazirliyi BRİKS-ə qoşulmaq üçün ərizə verilməsi ilə bağlı məlumatı təkzib edib  |     15:55 “Nar” dan yeni xidmət: NaviMax GPS izləmə imkanı  |     11:03 Tərəqqinin 44 illiyini qeyd edirik: Oued Eddahab əyalətinin Mərakeş tərəfindən bərpası  |     18:41 Qubad İbadoğlunun həbsi Qərbin Azərbaycana təzyiq siyasətinin labüd nəticəsidir -VİDEO  |    
Azərbaycanda kiberidman turniri nümayiş olunacaq
Mədəniyyət 31.10.2022 144

Noyabrın 6-da “League of Legends” kiberidman Dünya Çempionatının Finalı bütün dünyada və Azərbaycanda da canlı yayımlanacaq.

Ayın 6-da keçiriləcək “League of Legends” Dünya Çempionatının finalı “#1: One & Only”-“Where Champions Are Made” kiberidman turnirinin kulminasiya nöqtəsi olacaq və bütün dünyada canlı yayımlanacaq.
Qeyd olunub ki, final “Park Cinema”-da böyük ekranda yayımlanacaq.
İzləyicilər Dünyanın ən yaxşı “League of Legends” oyunçularının hər hərəkətindən, strategiyasından və bacarığından həzz alacaq. Dünya Finalları San Fransisko, Kaliforniyadakı Chase Mərkəzindən birbaşa efirə gedəcək, buna görə də tədbir Bakı vaxtı ilə gecə yayımlanacaq.
Unikal yayım təcrübəsindən əlavə, hər bir iştirakçı oyundaxili xüsusi “WORLDS 2022 Gaming Capsule” elementlərini (tədbirdə iştirak etmək şərtilə) almaq üçün istifadə edilə bilən fərdiləşdirilmiş promokod əldə edəcək, eləcə də Mastercard tərəfindən təşkil edilən musiqi ulduzu ilə açılış mərasimini izləyə biləcək.
*Promokodla oyunçular aşağıdakı “2022 Worlds Rewards Capsule” siyahısından təsadüfi bir element alacaqlar:
• 2022-ci il Dünya Kuboku üçün eksklüziv nişanlar və ya emosiyalardan biri (komandanın loqoları istisna olmaqla).
• Esports Capsule 2022
• Hextech sandıq və açar
Bu ilki “Worlds Rewards 2022” kapsulları elə qurulub ki, heç bir dublikat olmayacaq!
Tədbirin təfərrüatları:
Başlıq: “League of Legends” Dünya Çempionatının Finalı 2022
Tarix: Şənbə gecəsi, noyabrın 5-dən 6-na keçən gecə, ABŞ-ın San Fransisko şəhərindən canlı yayım
Saat: Bakı vaxtı ilə 03:00
Oyun şərhləri: sorğu əsasında müəyyən olunacaq (şərhlərin dili təsdiqlənəcək)
Biletləri parkcinema.az və iticket.az saytından əldə etmək olar.






Starxeber Bizi instagramda izləyin