17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Parisdə (CIGEPS) növbəti iclası öz işinə başlayıb
Sosial 27.10.2022 160

Oktyabrın 27-də Fransa paytaxtı Paris şəhərində, UNESCO-nun baş qərargahında Bədən Tərbiyəsi və İdman üzrə Hökumətlərarası Komitənin (CIGEPS) növbəti iclası öz işinə başlayıb. Pandemiya səbəbindən, 2019-cu ildən bəri onlayn keçirilən tədbir 3 ildən sonra ilk dəfədir ki, fiziki formatda baş tutur. İclasa Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov sədrlik edir. 


İki gün davam edəcək iclasın açılış hissəsində UNESCO Baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Qabriyela Ramos, daha sonra CIGEPS-in sədri Fərid Qayıbov çıxış ediblər.

İclas zamanı, Komitənin gündəliyində duran bir sıra önəmli məsələlərin, Covid-19 pandemiyasından sonra idman sahəsinin vəziyyəti, MINEPS-in VII konfransı çərçivəsində qəbul olunması nəzərdə tutulan Yekun Bəyannamə sənədinin müzakirəsi, eləcə də CIGEPS İşçi Qruplarının və CIGEPS-in Prosedur Qaydalarına yenidən baxılması məsələlərinin müzakirə edilməsi nəzərdə tutulur.

Komitə iclası çərçivəsində, 2023-cü ilin 14-17 mart tarixlərində Bakı şəhərində keçirilməsi planlaşdırılan Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin VII Beynəlxalq Konfransının keçirilməsi ilə bağlı UNESCO ilə ev sahibi müqaviləsinin imzalanması da nəzərdə tutulur.






Starxeber Bizi instagramda izləyin