17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Nazir müavini Rəhman Hümmətov Yaponiya nümayəndə heyəti ilə görüşüb
Sosial 25.10.2022 254


Yaponiya nümayəndə heyəti Orta Dəhlizin imkanlarının araşdırılması məqsədilə Azərbaycana səfər edib.
Bu gün Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye və Xarici İşlər nazirlikləri, yapon şirkətləri və Yaponiyanın Bakıdakı Səfirliyinin nümayəndələri iştirak ediblər.
Nazir müavini Rəhman Hümmətov çıxışında qarşılıqlı səfərlərin ölkələrimiz arasında nəqliyyat sahəsində əməkdaşlığın daha da dərinləşməsinə xidmət etdiyini bildirib.
Rəhman Hümmətov Orta Dəhlizin imkanları barədə geniş məlumat verərək fiziki infrastrukturun inkişafı ilə yanaşı, tarif siyasətinin uyğunlaşdırılması, sərhəd-keçid prosedurlarının sadələşdirilməsi, dəhlizin rəqəmsallaşdırılması kimi tədbirlərin görülməsinin zəruri olduğunu söyləyib. 
Nazir müavini əlavə edib ki, Türkiyə və Gürcüstan ilə birgə Orta Dəhlizdə həyati əhəmiyyət kəsb edən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikinti işlərinin tez bir zamanda başa çatdırılması və ötürücülük qabiliyyətinin ardıcıl artırılması istiqamətində səylər gücləndirilib. 
Eyni zamanda Rəhman Hümmətov Zəngəzur dəhlizinin əhəmiyyəti barədə ətraflı məlumat verib.
“Zəngəzur dəhlizinin açılması beynəlxalq nəqliyyat əlaqələrinin genişlənməsinə xidmət edəcək” – deyə nazir müavini vurğulayıb.
Görüş zamanı Orta Dəhlizin rəqəmsallaşdırılmasının tranzit daşımaların şəffaflığı və daşıyıcılar üçün bərabər şəraitin təmin edilməsi baxımından ən mühüm vasitələrdən biri olduğu qeyd edilib.
Dəhliz üzərində yerləşən ölkələrin birgə səyləri və səmərəli əməkdaşlığı ilə Orta Dəhlizin rəqabətə davamlı, intensiv istifadə olunan marşruta çevriləcəyinə əminlik ifadə olunub.






Starxeber Bizi instagramda izləyin