İdman
23.10.2022
141
Dünya çempionatlarının final mərhələlərində futbolçu və məşqçi kimi ən çox oyun keçirən şəxslər açıqlanıb.
Operativ24.az Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) rəsmi saytına istinadən xəbər verir ki, siyahının ilk pilləsində iki idman adamı qərarlaşıb.
Almaniyalı Franz Bekkanbauer və braziliyalı Mario Zaqallo həm oyunçu, həm də baş məşqçi kimi mundialların final mərhələsində hərəyə 32 oyun keçiriblər.
Bekkenbauer 18 oyunda futbolçu, 14 matçda isə baş məşqçi kimi meydana çıxıbsa, Zaqalloda bu göstərici uyğun olaraq 12 və 20-ə bərabərdir.
Hər iki futbol adamı həm oyunçu, həm də məşqçi kimi çempionluq sevinci də yaşayıblar. Bekkenbauer 1974-cü ildə futbolçu, 1990-cı ildə isə baş məşqçi kimi kuboku başı üzərinə qaldırıbsa, Zaqallo 1958 və 1962-ci ildə ardıcıl iki dəfə oyunçu, 1970-ci ildə isə məşqçi kimi bu sevinci yaşayıb.
Bu ikilidən əlavə, Didye Deşam da hər iki halda çempionluğu bayram edən şəxslərdəndir. O, 1998-ci ildə Fransa millisinin futbolçusu, 2018-ci ildə isə sözügedən komandanın baş məşqçisi kimi ən yüksək pilləyə qalxmağı bacarıb.
Ümumilikdə mundiallarda 25-dən çox oyun keçirmiş 7 nəfərdən 5-i almandır. Onlardan yalnız Yürgen Klinsman öz ölkəsindən başqa yığmaya rəhbərlik edib. Klinsman 2014-cü ildə ABŞ millisinin baş məşqçisi kimi mundialda iştirak edib.
Siyahıda Azərbaycan futboluna tanış olan sima da var. 2008-2014-cü illərdə Azərbaycan yığmasına rəhbərlik etmiş almaniyalı Berti Foqts ümumilikdə 29 oyunla (19 dəfə futbolçu, 10 dəfə baş məşqçi) siyahının 3-cü pilləsində yer alıb.
Dünya Kuboklarında həm oyunçu, həm də baş məşqçi kimi çıxış edən şəxslərdən Bekkenbauer, Zaqallo, Klinsmann, Foqts, Maradona və Henri Mişel ümumilikdə 5 dəfə bu həyəcanı yaşayıblar.
Adı
Ölkəsi
Oyunlar
Cəmi
Çempionatlar
Futbolçu
Baş məşqçi
1
Franz Bekkenbauer
Almaniya
18
14
32
1966(6), 1970(5), 1974(7) + 1986(7), 1990(7)
Mario Zaqallo
Braziliya
12
20
32
1958(6), 1962(6) + 1970(7), 1974(7), 1998(7)
3
Berti Foqts
Almaniya
19
10
29
1970(6), 1974(7), 1978(6) + 1994(5), 1998(5)
4
Yürgen Klinsmann
Almaniya
17
11
28
1990(7), 1994(5), 1998(5) + 2006(7), 2014(4)
5
Dieqo Maradona
Argentina
21
5
26
1982(5), 1986(7), 1990(7), 1994(2) + 2010(5)
6
Lotar Matteus
Almaniya
25
0
25
1982(2), 1986(7), 1990(7), 1994(5), 1998(4)
Helmut Şön