14:54 Medianews.az 11 il SİZİNLƏ  |     12:53 “Nar”dan əla fürsət: Köhnə smartfonunu sərfəli şərtlərlə sat!  |     21:25 “Bundan sonra. Hər zaman” filminin romantik təqdimatı olub  |     16:29 Tanınmış rəssam və iş xanımı Gülçin Aslanlı ailə həyatı qurdu  |     22:41 Zəfərimizdən bəhs edən film nümayiş olunacaq - VİDEO  |     22:13 Tanınmış aparıcı Federasiyada yeni vəzifəyə təyin oldu  |     14:38 “Nar” xidmət mərkəzlərini yeniləməyə davam edir  |     14:09 Əkinçilik İnstitutu Toxumçular Assosiasiyası ilə əlaqələri gücləndirir  |     13:20 Mərakeş Kralı zəlzələdən zərərçəkmiş yaralılara qan verdi  |     10:48 Qanda şəkərin miqdarının kəskin artıb-azalması diabetik komaya qədər gətirib çıxara bilir  |     14:50 Mərakeş Krallığı zəlzələ ilə bağlı işçi qrupu yaradıb  |     11:49 Əziz kinosevərlərə şad xəbərimiz var!  |     18:10 “Nar” “Stevie” mükafatına layiq görüldü  |     23:58 Müasir dövrün tarixi - VANDA  |     18:26 Azərbaycan diplomatiyasının növbəti parlaq qələbəsi  |     09:51 Puç olmuş ümidlər və Azərbaycan diplomatiyasının növbəti qələbəsi  |     11:17 Mərakeş Xarici İşlər Nazirliyi BRİKS-ə qoşulmaq üçün ərizə verilməsi ilə bağlı məlumatı təkzib edib  |     15:55 “Nar” dan yeni xidmət: NaviMax GPS izləmə imkanı  |     11:03 Tərəqqinin 44 illiyini qeyd edirik: Oued Eddahab əyalətinin Mərakeş tərəfindən bərpası  |     18:41 Qubad İbadoğlunun həbsi Qərbin Azərbaycana təzyiq siyasətinin labüd nəticəsidir -VİDEO  |    
Mingəçevir Reqatası": İkinci günün qalibləri müəyyənləşib
İdman 22.10.2022 209

Avarçəkmə üzrə "Mingəçevir Reqatası"nda ikinci günün qalibləri müəyyənləşib.


Operativ24-ün Mingəçevirə ezam olunmuş əməkdaşının məlumatına görə, "Kür” Olimpiya Tədris-İdman Mərkəzində gerçəkləşən ikinci mərhələdə kayak və kanoe, həm də akademik növlərdə medalçılar müəyyənləşib.

2005-2006-cı il təvəllüdlü oğlanlar arasında 1 nəfərlik kayak qayığında 1 000 metr məsafəyə mübarizədə Taha Erkam Usta (Türkiyə) qızıl, Denis Mençiski (Polşa) gümüş, Yeqor Krasnonos (Qazaxıstan) bürünc medala sahib çıxıb.

Bu yaş kateqriyası üzrə eyni məsafəyə 1 nəfərlik kanoe qayığında Vasil Çilingarov (Bolqarıstan) finişə hamıdan tez çatıb. Vadim Baranov (Qazaxıstan) ikinci, Georgi Milev (Bolqarıstan) üçüncü olub.

Eyni yaş qrupunda 500 metr məsafəyə 1 nəfərlik kanoe qayığında Vadim Baranov (Qazaxıstan) bütün rəqiblərini qabaqlayıb. Serhat Seven (Türkiyə) ikinci yerlə kifayətlənib. İlk "üçlüy"ü Georgi Milev (Bolqarıstan) tamamlayıb. Qızların 1 nəfərlik kayak qayığı ilə mübarizəsində isə Hilal Şimşək (Türkiyə) fəxri kürsünün ilk pilləsinə qalxıb. Darinə Həsənova isə 2-ci yerlə kifayətlənib.

2005-2006-cı il təvəllüdlü oğlanlar arasında akademik avarçəkmə üzrə 2 nəfərlik qayıqda 1 000 metr məsafəni hamıdan tez Milan Stevanoviç - Milan Tsvetkoviç (hər ikisi Serbiya) cütlüyü qət edib. Camal Bayramov - Elşən Bayramov cütlüyü ikinci, Zöhrab Əhmədli - Əli Məmmədzadə dueti isə üçüncü yeri tutub. Eyni yaş kateqoriyasında 1 nəfərlik qayıqda 1 500 metr məsafəyə yarışda isə Adam Çizmadi (Macarıstan) bütün rəqiblərini geridə qoyub. Onu Danil Mayakov (Özbəkistan) və Giorgi Qabelaya (Gürcüstan) izləyib.

2007-2008-ci il təvəüllüdlü oğlanların 1 nəfərlik kanoe qayığı ilə 500 metr məsafəyə yarışında Dumitru Paskari (Moldova) qızıl, Giorgi Ekaladze (Gürcüstan) gümüş, Sənan Məmmədov isə bürünc medal qazanıb.

Bu yaş qrupunda qızların 1 nəfərlik kayak qayığında eyni məsafəyə yarışında qalib Sandu Valentina (Moldova) olub. Veronika Trapeznikova (Qazaxıstan) ikinci, Abasiya Sesiliya (İtaliya) üçüncü yerə layiq görülüblər.

Nəhayət, eyni yaş kateqoriyasında oğlanların 1 nəfərlik kayak qayığı ilə 500 metr məsafəyə yarışında Muhammet Emin Sulak (Türkiyə) finişə birinci çatıb. Aleksandr Pohribni (Ukrayna) gümüş, Rəşad Dadaşov isə bürünc medal əldə edib.

Qeyd edək ki, "Mingəçevir Reqatası"na oktyabrın 23-də yekun vurulacaq.







Starxeber Bizi instagramda izləyin