22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
"Mingəçevir Reqatası"nda ilk günün qalibləri bəlli olub
İdman 21.10.2022 382


"Mingəçevir Reqatası"nda ilk günün qalibləri bəlli olub
Mingəçevir Reqatasında ilk günün qalibləri bəlli olub
Avarçəkmə üzrə "Mingəçevir Reqatası"nda ilk günün qalibləri müəyyənləşib.

Suqovuşanda təşkil olunan birinci mərhələdə 200 metr məsafəyə kayak və kanoe yarışlarında medalçılar müəyyənləşib.

2005-2009-cu il təvəllüdlü qızlar arasında 1 nəfərlik kanoe qayığında qazaxıstanlı Malika Tursun hamını qabaqlayıb. Moldovalı Mixaela Paskari finişə 2-ci çatıb. Azərbaycan təmsilçisi Gülnarə Həmzəyeva isə üçüncü olub.

2005-2006-cı il təvəllüdlü oğlanlar arasında 1 nəfərlik kanoe qayığında bolqarıstanlı Georgi Milev birinci yeri tutub. Vadim Baranov gümüş, Vasil Çilingərov bürünc medal qazanıb.

Eyni yaş kateqoriyası üzrə 1 nəfərlik kayak yarışında Azərbaycan avarçəkıni Maarif Qarayev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Aleksey Kolobov (İtaliya) 2-ci, Denis Mençiski (Polşa) 3-cü yeri tutub.

2005-2006-cı il təvəllüdlü qızlar arasında 1 nəfərlik kayakda türkiyəli Hilal Şimşək bütün rəqiblərinə qalib gəlib. Azərbaycan avarçəkəni Darina Həsənova isə gümüş medalla kifayətlənib.

2007-2008-ci il təvəllüdlü oğlanlar arasında 1 nəfərlik kanoe qayığında moldovalı Dumitru Paskari (Moldova) qızıl, Sənan Məmmədov gümüş, gürcüstanlı Giorgi Ekaladze (Gürcüstan) bürünc medala sahib çıxıb.

Bu yaş kateqoriyası üzrə qadınların 1 nəfərlik kayak yarışında türkiyəli Karvan İşılsu 1-ci, moldovalı Tatyana Karardjikova 2-ci, qazaxıstanlı Veronika Trapeznikova 3-cü yeri tutub.

2007-2008-ci il təvəllüdlü oğlanlar arasında 1 nəfərlik kayak yarışında gürcüstanlı Sandro Tezalaşvili (Gürcüstan) hamını qabaqlayıb. İsmayılzadə Riad gümüş, Arif Həsənov bürünc medal qazanıb.

2009-2010-cu il təvəllüdlü oğlanların 1 nəfərlik kayak yarışında Nihad Rəhimov qızıl medal əldə edib. Polşalı Maksim Minçinski 2-ci, bolqarıstanlı Vasil Primyov 3-cü olub.

2005-2006-cı il təvəllüdlü oğlanların iki nəfərlik kayak qayığı ilə mübarizəsində türkiyəli Taha Erkam Usta - Muhammed Emin Sulak cütlüyü 1-i yerin sahibi olub. Ramil Mustafayev - Refət Rəhimov cütlüyü gümüş, Anar İsmayılov - Fərid Məmmədov cütlüyü isə bürünc medal qazanıb.

2009-2010-cu il təvəllüdlü qızların 1 nəfərlik kayak yarışında gürcüstanlı Mariami Giutaşvili fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Bu kateqoriyada cəmi 2 idmançı mübarizə aparıb.

Bu yaş kateqoriyası üzrə oğlanların 2 nəfərlik kayak qayığı ilə yarışında İbrahim Məmmədzadə - Nihad Rəhimov cütlüyü 1-ci, Kənan Məmmədov - Vacib Babayev cütlüyü 2-ci, Ömər Qəmərli - İvan Vorobjanski cütlüyü isə 3-cü olub.

Nəhayət, 2007-2008-ci il təvəllüdlü oğlanların 2 nəfərlik kayak qayığı ilə yarışında Riad İsmayılzadə - Rəşad Dadaşov cütlüyü qızıl, Sandro Tezalaşvili - Tristan Tiginaşvili (Gürcüstan) cütlüyü gümüş, Nihad Quliyev - Qiyaz Əhmədov cütlüyü isə bürünc medala sahib çıxıb

Qaliblər diplom, medal və kubokla mükafatlandırılıblar.


Avarçəkmə üzrə "Mingəçevir Reqatası"nda ilk qalib müəyyənləşib.

OMG-nin məlumatına görə, Suqovuşanda təşkil olunan turnirdə 2005-2009-cu il təvəllüdlü qızlar arasında 1 nəfərlik kanoe qayığında 200 metr məsafəyə yarışda qazaxıstanlı Malika Tursun hamını qabaqlayıb.

Moldovalı Mixaela Paskari finişə 2-ci çatıb.

Azərbaycan təmsilçisi Gülnarə Həmzəyeva isə üçüncü olub.

11:38
Avarçəkmə üzrə "Mingəçevir Reqatası"na start verilib.

OMG-nin turnirə ezam olunmuş əməkdaşının məlumatına görə, Suqovuşanda təşkil olunan ilk yarışda əvvəlcə idmançıların nümunəvi keçidi, ardınca isə iştirakçı ölkələrin rəsmi paradı baş tutub.

Reqatada Azərbaycanla yanaşı Bolqarıstan, İtaliya, Gürcüstan, Macarıstan, Moldova, Polşa, Qazaxıstan, Rumıniya, Serbiya, Turkiyə, Özbəkistan və Ukrayna komandaları iştirak edir.

Reqata kişilər arasında 1 nəfərlik qayıqda 200 metr məsafəyə yarımfinal yarışı ilə start götürüb.

Bu gün kayak və kanoe növlərində qaliblər müəyyənləşəcək.

Yarış 22-23 oktyabrda isə “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək. Mingəçevirdə avarçəkənlər həm kayak və kanoe, həm də akademik növlərdə yarışacaqlar.

Qaliblər diplom, medal və kubokla mükafatlandırılacaqlar.






Starxeber Bizi instagramda izləyin