14:54 Medianews.az 11 il SİZİNLƏ  |     12:53 “Nar”dan əla fürsət: Köhnə smartfonunu sərfəli şərtlərlə sat!  |     21:25 “Bundan sonra. Hər zaman” filminin romantik təqdimatı olub  |     16:29 Tanınmış rəssam və iş xanımı Gülçin Aslanlı ailə həyatı qurdu  |     22:41 Zəfərimizdən bəhs edən film nümayiş olunacaq - VİDEO  |     22:13 Tanınmış aparıcı Federasiyada yeni vəzifəyə təyin oldu  |     14:38 “Nar” xidmət mərkəzlərini yeniləməyə davam edir  |     14:09 Əkinçilik İnstitutu Toxumçular Assosiasiyası ilə əlaqələri gücləndirir  |     13:20 Mərakeş Kralı zəlzələdən zərərçəkmiş yaralılara qan verdi  |     10:48 Qanda şəkərin miqdarının kəskin artıb-azalması diabetik komaya qədər gətirib çıxara bilir  |     14:50 Mərakeş Krallığı zəlzələ ilə bağlı işçi qrupu yaradıb  |     11:49 Əziz kinosevərlərə şad xəbərimiz var!  |     18:10 “Nar” “Stevie” mükafatına layiq görüldü  |     23:58 Müasir dövrün tarixi - VANDA  |     18:26 Azərbaycan diplomatiyasının növbəti parlaq qələbəsi  |     09:51 Puç olmuş ümidlər və Azərbaycan diplomatiyasının növbəti qələbəsi  |     11:17 Mərakeş Xarici İşlər Nazirliyi BRİKS-ə qoşulmaq üçün ərizə verilməsi ilə bağlı məlumatı təkzib edib  |     15:55 “Nar” dan yeni xidmət: NaviMax GPS izləmə imkanı  |     11:03 Tərəqqinin 44 illiyini qeyd edirik: Oued Eddahab əyalətinin Mərakeş tərəfindən bərpası  |     18:41 Qubad İbadoğlunun həbsi Qərbin Azərbaycana təzyiq siyasətinin labüd nəticəsidir -VİDEO  |    
Avarçəkmə üzrə "Mingəçevir Reqatası"nın rəsmi açılış mərasimi keçirilib
İdman 21.10.2022 168

Avarçəkmə üzrə "Mingəçevir Reqatası"nın rəsmi açılış mərasimi keçirilib.


Operativ24.az-ın xəbər verir ki, Suqovuşanda təşkil olunan tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) baş katibi Fərhad Əliyev, Azərbaycan Voleybol Federasiyasının prezidenti Fərid Xəlilov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi, Milli Olimpiya Komitəsinin üzvü Raqif Abbasov, Türkiyə Kanoe Federasiyasının prezidenti Alper Kabakçı, digər federasiyaların rəsmiləri, Vətən müharibəsi qaziləri və qonaqlar iştirak ediblər. Mərasim Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra iştirakçılar tamaşaçılara təqdim olunub.

Fərhad Əliyev çıxışında ölkə rəhbərliyinin idmana qayğısı nəticəsində bütün idman növlərinin inkişaf etdiyini bildirib. Suqovuşanda ikinci yarışın təşkil olunduğunu xatırladan federasiya rəsmisi bütün iştirakçılara uğurlar arzulayıb.

Türkiyə Kanoe Federasiyasının prezidenti Alper Kabakçı işğaldan azad olunmuş torpaqdan hər kəsi salamlayıb və iki dövlət, bir millət olaraq, burada iştirakdan qürur duyduğunu vurğulayıb.

Serbiya Avarçəkmə Federasiyasının İdarə Heyətinin sədri Duşan Kovaçeviç yarışa dəvət olunduqları üçün Azərbaycana təşəkkürünü bildirib. O, Qarabağdakı quruculuq işlərini görməkdən məmnunluğunu ifadə edib.

Sonda çıxış edən Fərid Qayıbov Gənclər və İdman Nazirliyi adından hər kəsi salamlayıb. Nazir qeyd edib ki, Suqovuşanda ikinci beynəlxalq yarışın keçirilməsi idmanın inkişafı və Qarabağdakı sürətli quruculuq işlərinin nəticəsidir. Reqatanın yüksək səviyyədə təşkil olunduğunu qeyd edən nazir daha sonra yarışı açıq elan edib.

Qeyd edək ki, "Mingəçevir Reqatası"ında Azərbaycanla yanaşı Bolqarıstan, İtaliya, Gürcüstan, Macarıstan, Moldova, Polşa, Qazaxıstan, Rumıniya, Serbiya, Turkiyə, Özbəkistan və Ukrayna komandaları iştirak edirlər.

Komandalar bu gün Suqovuşan su anbarında kayak və kanoe növlərində qalibi müəyyənləşdirəcəklər.

Yarış 22-23 oktyabrda isə “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək.

Mingəçevirdə avarçəkənlər həm kayak və kanoe, həm də akademik növlərdə yarışacaqlar.

Qaliblər diplom, medal və kubokla mükafatlandırılacaqlar.









Starxeber Bizi instagramda izləyin