19:47 Atletika Federasiyasının növbədənkənar konfransı keçirilib  |     19:09 Fərid Qayıbov mart ayı ərzində beynəlxalq turnirlərdə ölkəmizi uğurla təmsil etmiş idmançılar və məşqçilərlə görüşüb  |     18:44 Prezidentin sərəncamları ilə təltif edilmiş gənc laureatlara mükafatlar təqdim olunub  |     13:50 Rəna Əliyeva: “Biz hesab edirik ki, həkimlər bilik və savadlarını günbəgün artırmalıdırlar”  |     12:30 “Stomatologiyanın aktual problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans işə başlayıb  |     11:19 Avropa Badminton Konfederasiyasının Bakıda keçiriləcək konqresinə 20 gün qaldı!  |     10:30 Faktiki hava  |     17:21 Azərbaycan Sloveniyaya karbamid gübrəsinin ixracına başlayıb  |     17:01 Azərbaycanda 10 məscidə qadın dini ayin icraçısı təyin edilib  |     16:40 Bakı metrosunda sərnişin xlor dağıdıb  |     16:01 Ayxan Hacızadə: "Bu gün İran-Ermənistan qardaşlığı bütövlükdə region üçün təhlükə olmaqda qalmaqdadır"  |     14:59 Aprel ayına olan hava proqnozu açıqlanıb  |     13:30 Səfir: “Azərbaycan və Pakistan ticarət həcmini artırmaq üçün addımlar atır”  |     13:14 17-ci Bakı Yay Enerji Məktəbi layihəsi həyata keçiriləcək  |     11:58 Müstəqillik dövrünün ən irimiqyaslı incəsənət layihəsinə qeydiyyat başa çatdı – 26 768 müraciət qeydə alındı  |     11:41 “Səyyar qəbul otağı” bu dəfə Qax sakinlərinin ixtiyarında olub  |     11:37 Azərbaycanda xaricilərin bank kartları ilə xərcləmələri 15% azalıb  |     11:29 Bakıda 31 evdən 36 000 manatdan çox oğurluq olub  |     08:20 BMT-də "ASAN xidmət" modelinin üzv dövlətlərə təqdimatı yüksək qiymətləndirilib  |     00:00 Zərifə Əliyevanın 100 illiyinə həsr olunmuş elmi konfrans keçirildi  |    
Şəhid Murad Nağıyev haqqında bədii filmin təqdimatı oldu
Mədəniyyət 17.10.2022 143

Qayıtsaydım” adlanan filmin 16 oktyabr 2022-ci il tarixində Park Cinema Alov Qüllələri kinoteatrında nümayişi keçirilib.


Operativ24 xəbər verir ki, nümayişdə şəhid ailələri, müharibə qaziləri və müxtəlif media nümayəndələri iştirak edib. Filmin prodüseri Kamran Ağabalayev, rejissoru isə Ramil Ağasıyevdir. Quruluşçu operatoru Tariel Hacızadə, montaj rejissoru Əhməd Heybətovdur.

Muradın həyatını onun gözündən təsvir edən, Kamran Ağabalayevin Muradın şeirlərini səsləndirdiyi, onun dilindən danışdığı filmin çəkilişləri Bakı, Şuşa, İstanbul və İzmir şəhərlərində həyata keçirilib. Leytenant Murad Nağıyev 9 fevral 1997-ci ildə Qazax rayonunda anadan olmuşdur. O, Türkiyənin nüfuzlu Kuleli hərbi liseyində, həmçinin Quru Qoşunları akademiyasında təhsil almış, müxtəlif yerlərdə hərbi təlimlərdə və toplanışlarda iştirak etmişdir.


Murad Nağıyev 27 sentyabrda başlayan Vətən müharibəsinə elə həmin gün yollanmış, komandirlərinin əmrlərinə və rütbəcə yoldaşlarının israrlarına baxmayaraq döyüşə ən ön sıralarda atılmışdır. O, tank komandiri olaraq Kənd Horadizin alınmasında şücaət göstərmiş, Füzuli, Cəbrayıl, Zəngilan və Hadrut istiqamətlərindəki döyüşlərdə düşmənin xeyli sayda strateji obyektini, zirehli texnikasını və 50-yə yaxın şəxsi heyətini məhv etmiş, düşmən texnikasını qənimət götürmüşdür.


Murad Nağıyev oktyabrın 11-də Cəbrayıl istiqamətindəki döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır. O, oktyabr ayının 20-də İkinci Fəxri xiyabanda dəfn olunmuşdur. Leytenant Murad Nağıyev vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda döyüşlərə qatılaraq vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə "Vətən uğrunda" və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.






Starxeber Bizi instagramda izləyin