19:47 Atletika Federasiyasının növbədənkənar konfransı keçirilib  |     19:09 Fərid Qayıbov mart ayı ərzində beynəlxalq turnirlərdə ölkəmizi uğurla təmsil etmiş idmançılar və məşqçilərlə görüşüb  |     18:44 Prezidentin sərəncamları ilə təltif edilmiş gənc laureatlara mükafatlar təqdim olunub  |     13:50 Rəna Əliyeva: “Biz hesab edirik ki, həkimlər bilik və savadlarını günbəgün artırmalıdırlar”  |     12:30 “Stomatologiyanın aktual problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans işə başlayıb  |     11:19 Avropa Badminton Konfederasiyasının Bakıda keçiriləcək konqresinə 20 gün qaldı!  |     10:30 Faktiki hava  |     17:21 Azərbaycan Sloveniyaya karbamid gübrəsinin ixracına başlayıb  |     17:01 Azərbaycanda 10 məscidə qadın dini ayin icraçısı təyin edilib  |     16:40 Bakı metrosunda sərnişin xlor dağıdıb  |     16:01 Ayxan Hacızadə: "Bu gün İran-Ermənistan qardaşlığı bütövlükdə region üçün təhlükə olmaqda qalmaqdadır"  |     14:59 Aprel ayına olan hava proqnozu açıqlanıb  |     13:30 Səfir: “Azərbaycan və Pakistan ticarət həcmini artırmaq üçün addımlar atır”  |     13:14 17-ci Bakı Yay Enerji Məktəbi layihəsi həyata keçiriləcək  |     11:58 Müstəqillik dövrünün ən irimiqyaslı incəsənət layihəsinə qeydiyyat başa çatdı – 26 768 müraciət qeydə alındı  |     11:41 “Səyyar qəbul otağı” bu dəfə Qax sakinlərinin ixtiyarında olub  |     11:37 Azərbaycanda xaricilərin bank kartları ilə xərcləmələri 15% azalıb  |     11:29 Bakıda 31 evdən 36 000 manatdan çox oğurluq olub  |     08:20 BMT-də "ASAN xidmət" modelinin üzv dövlətlərə təqdimatı yüksək qiymətləndirilib  |     00:00 Zərifə Əliyevanın 100 illiyinə həsr olunmuş elmi konfrans keçirildi  |    
Dövlət Komitəsinin sədri Böyük Britaniyanın Azərbaycanda yeni təyin olunmuş səfiri ilə görüşüb
Sosial 13.10.2022 108

13 oktyabr 2022-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Fergus Auldla görüşü keçirilib.


Tanışlıq məqsədi daşıyan görüşdə sülh quruculuğu dövründə qadınların sülh və təhlükəsizlik proseslərində iştirakçılığı, gender bərabərliyinin təmin olunması və gender stereotiplərinə qarşı mübarizə istiqamətində mümkün əməkdaşlıq imkanları və fəaliyyət perspektivləri müzakirə edilib.

Qonaqları salamlayan Komitə sədri Bahar Muradova, görüşün keçirilməsi təşəbbüsünə görə təşəkkürünü bildirib. O, Böyük Britaniya hökumətinin yenidənqurma dövründə həyata keçirilən bir sıra layihələrə dəstək verdiyini xatırladaraq, iki ölkə arasında tarixə söykənən əlaqələrin günümüzdə yüksələn xəttlə inkişaf etdiyini qeyd edib. B.Muradova, Azərbaycanın ikitərəfli münasibətlərə xüsusi önəm verdiyini əlavə edərək, Komitənin də öz növbəsində fəaliyyət istiqamətlərinə uyğun olaraq səfirliklə daima uğurlu tərəfdaşlıq etdiyini qeyd edib. Səfirin Cənab Prezident İlham Əliyevlə görüşünə diqqət çəkən sədr, onun öz ənənələrinə sadiq olduğunun, eyni zamanda Azərbaycan mədəniyyətinə, həyat tərzinə hörmət bəslədiyinin şahidi olduğunu bildirib.  

Komitə sədri Böyük Britaniya hökumətinə müharibənin nəticələrindən zərərçəkmiş insanlara, icmalara erkən yardım göstərilməsi, həmçinin dayanıqlılığın təmin edilməsi istiqamətində göstərdiyi dəstəyə görə təşəkkür edib. O, zərərçəkmiş ailələrə, xüsusilə qadın və uşaqlara dəstək məqsədilə, münaqişədən təsirlənmiş ərazilərdə Resurs Mərkəzlərinin açıldığını və bu istiqamətdə işlərin davam etdirildiyini vurğulayıb. B.Muradova, ərazilərin minalardan təmizlənməsi, quruculuq sahəsində birgə iştirak kimi sakinlərin qayıdışı, eləcə də qadınların sülh və təhlükəsizlik istiqamətində fəaliyyəti ilə bağlı əməkdaşlığa töhfə verən layihələrin icrası istiqamətində əməkdaşlığın davam etdiriləcəyinə inamını ifadə edib.

Səmimi qəbula görə Komitə sədrinə təşşəkkür edən səfir Fergus Auld, Azərbaycanda işə başlamasından məmnun olduğunu, sabiq səfir Ceyms Şarpın başladığı işi davam etdirəcəyini söyləyib.

Azərbaycandakı fəaliyyətinin əsas istiqamətlərindən birinin qadın, uşaq və gender məsələsi olduğuna diqqət çəkən F. Auld, BMT Təhlükəsizlik Şurasının 1325 saylı Qətnaməsinin icrası istiqamətində qadınların sülh və təhlükəsizlikdə iştirakı ilə bağlı bir sıra məqamlara toxunub. Səfir, Vətən müharibəsi zamanı Gəncənin, eləcə də dinc əhalinin yaşadığı digər şəhərlərin atəşə tutulması nəticəsində baş verənlərlə bağlı kədərini ifadə edib. O, Sülh və Təhlükəsizlik Forumu çərçivəsində Ağdama səfər edəcəyini, eləcə də işğaldan azad edilən torpaqların minalardan təmizlənmə prosesinə dəstək göstərəcəklərini dilə gətirib. 

Görüşdə Komitənin Xarici əlaqələr və protokol xidməti şöbəsinin müdiri Fərid Ədilov və səfirliyin siyasi işlər üzrə müşaviri Elmir Bədəlov da iştirak edib.







Starxeber Bizi instagramda izləyin