19:47 Atletika Federasiyasının növbədənkənar konfransı keçirilib  |     19:09 Fərid Qayıbov mart ayı ərzində beynəlxalq turnirlərdə ölkəmizi uğurla təmsil etmiş idmançılar və məşqçilərlə görüşüb  |     18:44 Prezidentin sərəncamları ilə təltif edilmiş gənc laureatlara mükafatlar təqdim olunub  |     13:50 Rəna Əliyeva: “Biz hesab edirik ki, həkimlər bilik və savadlarını günbəgün artırmalıdırlar”  |     12:30 “Stomatologiyanın aktual problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans işə başlayıb  |     11:19 Avropa Badminton Konfederasiyasının Bakıda keçiriləcək konqresinə 20 gün qaldı!  |     10:30 Faktiki hava  |     17:21 Azərbaycan Sloveniyaya karbamid gübrəsinin ixracına başlayıb  |     17:01 Azərbaycanda 10 məscidə qadın dini ayin icraçısı təyin edilib  |     16:40 Bakı metrosunda sərnişin xlor dağıdıb  |     16:01 Ayxan Hacızadə: "Bu gün İran-Ermənistan qardaşlığı bütövlükdə region üçün təhlükə olmaqda qalmaqdadır"  |     14:59 Aprel ayına olan hava proqnozu açıqlanıb  |     13:30 Səfir: “Azərbaycan və Pakistan ticarət həcmini artırmaq üçün addımlar atır”  |     13:14 17-ci Bakı Yay Enerji Məktəbi layihəsi həyata keçiriləcək  |     11:58 Müstəqillik dövrünün ən irimiqyaslı incəsənət layihəsinə qeydiyyat başa çatdı – 26 768 müraciət qeydə alındı  |     11:41 “Səyyar qəbul otağı” bu dəfə Qax sakinlərinin ixtiyarında olub  |     11:37 Azərbaycanda xaricilərin bank kartları ilə xərcləmələri 15% azalıb  |     11:29 Bakıda 31 evdən 36 000 manatdan çox oğurluq olub  |     08:20 BMT-də "ASAN xidmət" modelinin üzv dövlətlərə təqdimatı yüksək qiymətləndirilib  |     00:00 Zərifə Əliyevanın 100 illiyinə həsr olunmuş elmi konfrans keçirildi  |    
"Carlsberg" xammal və etiketləmə üçün Azərbaycan şirkətləri seçir: 25 milyon manat investisiyanı nəyə xərcləyəcək?
Sosial 12.10.2022 259

Carlsberg Azərbaycan bütün xammalı daxili bazardan almaq və etiketləməni də ölkəmizdə etmək üçün yerli şirkətlərlə işləməyə başlayacaq.  Bu məqsədlə 2021-ci ildə İqtisadiyyat Nazirliyi ilə imzalanan memoranduma əsasən, şirkət istehsalı artırmaq və zəruri məhsul və xidmətləri daxili bazardan almaq məqsədilə 2025-ci ilə qədər əlavə 25 milyon manat həcmində  investisiya yatıracaq. Ümumilikdə Carlsberg Azərbaycan ölkəmizdə bu bazara daxil olduğu vaxtdan indiyədək 160 milyon manat həcmində investisiya yatırıb.  

“Carlsberg Azərbaycan”ın baş direktoru Alius Antulisin sözlərinə görə, artıq xammalın alınması ilə bağlı Azərşəkərlə müvafiq saziş imzalanıb, eyni zamanda digər xammal tədarükçülərin tapılması üzrə işlər aparılır. 

“Bugün çox vacibdir ki, istehsalımızda xammal və materiallar 100% Azərbaycan istehsalı olsun”, - deyən baş direktor “Carlsberg”in Azərbaycan bazarından 75% pay götürdüyünü bildirib.

“İxracın artırıması ilə bağlı konkret planlarımız var və 2023-cü ildən bu planları həyata keçirməyə başlayacağıq. Ən yaxın qonşu olan Gürcüstandan başlayacağıq və hədəflərimiz arasında ixrac əsas istiqamətdir”.

Qeyd edək ki, Danimarkanın məşhur markası olan “Carlsberg”in Peterburqda da zavodu var və Avropanın Rusiyaya sanksiyaları fonunda Azərbaycandakı zavodun istehsal gücünün artırılması versiyası daha güclüdür. Çünki artıq Rusiyada logistika və digər məsələlərdə ciddi çətinliklər mövcuddur.  

Alius Antulis bildirib ki, şirkətin əsas ofisi Kopenhagendədir və Azərbaycandakı zavodun böyüməsi, xammal və xidmətlərin lokallaşdırılması, eyni zamanda ixrac imkanlarının artırılması daxildə alınan bir qərardır və böyümə strategiyasının bir hissəsidir.

“Hazırda istehsalımızın 90% burada reallaşır, gələn ildən isə 100% olacaq. Gələn il istehsalın həcmi 25% artacaq. Bu il isə 400 min hekolitr istehsal gözlənilir. Əsas istehsalımız pivə olsa da, digər içki növlərinin də buraxılması üzərində işləyirik”, - baş direktorun sözlərinə görə, Azərbaycan büdcəsinə ildə 35 milyon manat vergi ödəyirlər və müəssisədə 210 əməkdaş çalışır.

Məlumat üçün bildirək ki, 2022-ci ildə “Carlsberg” 175 illik yubileyini qeyd edir və bu münasibətlə Azərbaycan İncəsənət Muzeyində tədbir keçirildi. Məkanın muzey seçilməsinə səbəb isə bu məşhur Avropa markasının incısınıt və elmin inkişafına önəm verərək bu sahələrə ianələri ilə tanınmasıdır. 






Starxeber Bizi instagramda izləyin