17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Kəlbəcərdə aktiv yerüstü geoloji axtarış-kəşfiyyat işləri icra olunur
Sosial 10.10.2022 202

Kəlbəcərdə aktiv yerüstü geoloji axtarış-kəşfiyyat işləri icra olunur


“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Azərbaycan Respublikasının Prezidentinin 16 mart 2020-ci il tarixli 1941 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Yerin təkinin geoloji öyrənilməsinə və mineral xammal bazasından səmərəli istifadəyə dair 2020-2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə tədbirlər planı çərçivəsində müvafiq fəaliyyətini davam etdirir. 
Belə ki, sözügedən tədbirlər planına əsasən, Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının Kiçik Qafqazın mərkəzi və cənub hissəsində nəcib və əlvan metal perspektivli sahələrdə geoloji-axtarış işlərinin aparılması Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və “AzerGold” QSC-yə həvalə edilib. Bu çərçivədə Cəmiyyətin geoloji kəşfiyyat qrupu cari ilin iyun ayından etibarən “Tutxun” nəcib metal təzahürləri sahəsində mərhələli axtarışlar aparır. Cəmiyyət tərəfindən 2022-2025-ci illər üzrə tərtib edilmiş kəşfiyyat proqramlarına uyğun olaraq geoloji heyət tərəfindən Tutxun çayının hövzəsinin mina və partlamamış hərbi sursatlardan təmizlənmiş Başlıbel-Xanlanlı, Oruclu-Ağyataq-Çorman sahələrində yerüstü aktiv axtarış-kəşfiyat işləri sürətlə davam etdirilir. Bununla yanaşı, araşdırmalar çərçivəsində Kəlbəcər və Laçın rayonlarını əhatə edən 1624 km2 sahədə Qafqaz regionunda ilk dəfə olaraq innovativ axtarış metodlarından sayılan qeyri-invaziv hiperspektral peyk görüntülərinin çəkilişləri də həyata keçirilməkdədir. Tutxun hövzəsi təzahür sahələrində bütövlükdə geoloji kəşfiyyat işlərinin aparılması məqsədilə sözügedən ərazilərin mina və partlamamış hərbi sursatlardan tam olaraq təmizlənməsi istiqamətində müvafiq qurumlar tərəfindən zəruri addımlar atılır.
Qeyd edək ki, “Tutxun” sahəsi Kəlbəcər rayonunun ərazisində, Tərtərçayın sağ qolu olan Tutxun çayının hövzəsində yerləşir. 1958-1990-cı illərə aid geoloji materialların araşdırılması və rəqəmsallaşdırılmasının nəticələrinə əsasən, sahədə qızıl, gümüş və qismən sənaye əhəmiyyətli mis metallaşmasının olduğu proqnozlaşdırılır. 






Starxeber Bizi instagramda izləyin