Sosial
8.10.2022
164
Ağdam-Füzuli avtomobil yolunun inşası zamanı baş verən mina partlayışı nəticəsində iki nəfər xəsarət alıb.
Operativ24-ün Qarabağ bürosunun verdiyi xəbərə görə, hadisə Ağdamın Yusifcanlı kəndində qeydə alınıb.
Minaya düşən şəxslər yol tikintisi işlərini həyata keçirən şirkətin əməkdaşlarıdır.
Yaralılar Bərdə Diaqnostika Mərkəzinə yerləşdiriliblər və əməliyyat olunublar.