22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
Bakı kənd və qəsəbələri arasında uşaq futbol turnirinə start verilib
İdman 8.10.2022 276

Oktyabrın 8-də Bakı kənd və qəsəbələri arasında uşaq futbol turnirinə start verilib. Gənclər və İdman Nazirliyi və Bakı Abadlıq Xidmətinin təşkilatçılığı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəstəyi ilə keçirilən yarışlarda 32 kənd və qəsəbənin uşaq futbol komandası mübarizə aparacaq.


Bakı Tennis Akademiyasında keçirilən açılış mərasimində əvvəlcə dövlət himniminz səsləndirilib və torpaqlarımızın azad edilməsi uğrunda canından keçmiş Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, müdafiə sənayesi naziri, Azərbaycan Velosiped Federasiyasının prezidenti Mədət Quliyev, Bakı Abadlıq Xidmətinin rəhbəri Bünyad Qasımov və millət vəkili, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası İcraiyyə Komitəsinin üzvü Rauf Əliyev çıxış edərək turnir iştirakçılarına uğurlar arzulayıblar.

Turnirdə iştirak edən bütün uşaqlara “İSMA bikes Azərbaycan” şirkəti velosiped hədiyyə edib. Tədbirdə futbolçular Şahruddin Məhəmmədəliyev, Maksim Medvedev, Elvin Camalov və Azər Salahlının uşaqlar üçün imza sessiyası da təşkil olunub. 

“Qarabağ” futbol komandasının baş məşqçisi Qurban Qurbanovun topa ilk zərbə vurması ilə Yeni Suraxanı - Əmircan oyununa start verilib.

Turnirin keçirilməsində əsas məqsəd uşaq futbolunun inkişafı və təbliği, eyni zamanda idmanın kütləviliyinə nail olmaqdır. Yarışlara 2010-2011-ci il təvəllüdlü, ümumilikdə 350-dən çox uşaq cəlb olunub. 8 qrupda start götürən turnirə noyabrın 13-də final qarşılaşması ilə yekun vurulacaq.






Starxeber Bizi instagramda izləyin