22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
10 minə toya gedənlər 10 manat verib Rəhimə dərman almadılar...
Sosial 4.10.2022 260

Ölüm hamı üçün var. Sadəcə, geci-tezi var. Buna görə də ölümdən söz düşəndə, adətən, belə deyirlər: "Allah gecindən versin".

Cavan adamın ölümü insanı həmişə yandırır. Axı, dünyaya bir dəfə gəlirik. Kim işıqlı dünyanı qoyub qaranlıq məzara getmək istər?!


Rəhim - ötən həftə son mənzilə yola saldığımız müğənni Rəhim Rəhimli yaşamaq eşqiylə alışıb-yanan bir sənət adamı idi. Üzündən gülüş, dodaqlarından təbəssüm heç vaxt əskik olmazdı. Adam ətrafdakılara müsbət enerji ötürürdü. Çoxlarının üzündən zəhrimar yağdığı bu çağda Rəhim kimi insanlar qənimət sayılır. Amma qədrini bilmədik...

Budaqdan-budağa qonan quşlar kimi necə gündür saytları dolaşıram. Arada TV-lərin şou proqramlarına baxıram. Boş vaxtlarımda tanınmış şou əhlinin paylaşımlarını nəzərdə keçirirəm. Yoxdur. Bircə nəfər də yoxdur ki, Rəhim Rəhimli haqda pis nəsə desin. Heç dodağını büzən, həvəssiz danışan da yoxdur. İndi məlum olur ki, Rəhim özündən başqa heç kimə pislik etməyib...

Röyadan, Aygündən, Vasif Məhərrəmlidən tutmuş "yumurtadan dünən çıxan" cuppulu müğənniciyə qədər hamı Rəhim haqda yana-yana danışır. Göz yaşı selə dönüb. Sən demə, Rəhim Rəhimlinin qəfil və vaxtsız ölümü Azərbaycan şou biznesinin qəlbində dərin yara açıb.

Taa Rəhimin ən ağır günlərində başının üstündə dayanan, onu bir dəfə ölümün pəncəsindən xilas edən Üzeyir həkim danışmayana kimi mən belə düşünürdüm. Elə bilirdim ki, Rəhimin arxasınca azı bir ton göz yaşı axıdan şou əhli onun üçün nəinki malından, hətta canından da keçməyə hazır olub. 

Qınamayın, mən belə safam. Sanki kənddən 30 il əvvəl deyil, dünən çıxmışam...

Üzeyir həkim açıq danışıb. Deyib ki, o vaxt xəstəxanada olanda Rəhimin xərcini heç bir sənət dostu ödəmək istəməyib.

Rəhim Rəhimli ilə eyni palatada yatan tanınmış teleaparıcı, Əməkdar jurnalist Yusif Ağayev də həkimin sözlərini təsdiqləyib: "Bu gün Rəhim üçün göz yaşı axıdanlar o xəstəxanada yatanda bir dəfə qapını açıb içəri girmədilər",

Azərbaycan şou biznesinin siması budur: 10 minə toya gedənlər bir dəfə 10 manat verib Rəhimə dərman almadılar...

Seymur VERDİZADƏ






Starxeber Bizi instagramda izləyin