17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
ŞAD XƏBƏR: “Heydər Əliyev ili”ndə böyük əfv GÖZLƏNİLİR
Sosial 2.10.2022 171

"Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı böyük bir addım atıldı, Prezident İlham Əliyevin imzaladığı sərəncamla 2023-cü il "Heydər Əliyev İli" elan edildi. Böyük tədbirlər planı hazırlanacaq və burada bir çox məqamlar öz əksini tapacaq. İstisna etmirəm ki, 2023-cü ilin may ayı ərəfəsində cənab Prezident tərəfindən böyük əfv sərəncamı imzalansın".

Bunu Modern.az-a "Heydər Əliyev İli"ndə görüləcək işlər haqqında danışan Əfv Məsələləri Komissiyasının üzvü, "Konstitusiya" Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev deyib.


Tanınmış hüquqşünas qeyd edib ki, Ulu öndərin 100 illiyində cəmiyyətin bütün təbəqələrinə bu bayramdan pay düşəcəyini hesab edir.

"Heydər Əliyev Azərbaycan dövlətinin, bütün Azərbaycan xalqının, hər kəsin öndəri, prezidenti olub. O ümummilli liderdir. Ona görə də əfvlə bağlı Prezident İlham Əliyevin sərəncamı ola bilər. Ümumiyyətlə, 2023-cü il üçün hazırlanacaq tədbirlər planı ilə əlaqədar vətəndaş cəmiyyəti də öz təkliflərini verəcək. Hesab edirəm ki, bu geniş müzakirədən keçməli, böyük bayrama hazırlıq əhatəli olmalıdır".

Əliməmməd Nuriyevin sözlərinə görə, təkliflər çox ciddi araşdırılmalı, uyğun məqamlar fəaliyyət planına daxil edilməlidir: 

"Mən əminəm ki, əhəmiyyətli, məzmunlu, Ulu öndərin adına layiq fəaliyyət planı olacaq. Biz bunun uğurla icra edildiyinə şahid olacağıq və bütün bu işlər Azərbaycan dövlətinin daha da möhkəmlənməsinə, cəmiyyətin rifahına töhfələr verəcək".

Qeyd edək ki, bir neçə gün öncə Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Prezident Administrasiyası Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı tədbirlər planına dair təkliflərini iki ay müddətində hazırlayıb, dövlət başçısına təqdim etməlidir.






Starxeber Bizi instagramda izləyin