22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
Politoloq Hindistan mallarını ölkəmizdə baykot etməyə ÇAĞIRDI
Sosial 29.09.2022 229

Hindistan işğalçı siyasət yürütməkdə davam edən Ermənistanı silahlandırmaq yolunu tutub.

Dehli Ermənistana 244,7 milyon dollar dəyərində silah-sursat göndərəcək. Sözügedən silah-sursat iki ölkə arasında sentyabrın əvvəlində imzalanan müqavilələr əsasında göndəriləcək.

Müqavilələrə əsasən, Hindistan Ermənistana yerli istehsalı olan “Pinaka” reaktiv yaylım atəşi sistemləri, eləcə də tank əleyhinə raketlər və silah-sursat partiyası göndərəcək.

Hindistanın bu addımı onun regionumuzda sülhün əldə edilməsi, əmin-amanlığın bərpa edilməsinə qarşı çıxdığının bariz göstəricisidir. Bu fonda Dehli növbəti dəfə riyakar mövqe sərgilədiyini ortaya qoyur.

Bizim.Media-ya açıqlamasında politoloq Cümşüd Nuriyev bildirir ki, Hindistanın Ermənistana silah göndərməsi bu ölkənin Cənubi Qafqazda gərginliyin davam etməsində maraqlı olduğunu göstərir:

“Çünki işğalçı rejimi silahlandırmaq ona dəstək verən ölkənin də eyni mövqedən çıxış etməsi deməkdir. Bu fonda Hindistan növbəti dəfə özünün riyakar simasını nümayiş etdirir. Təəssüf ki, Hindistan prosesləri qarışdırmaq statusundan çıxış edir. Ermənilər Ermənistana iki əsas qol vasitəsilə gəlib, bunlar Hindistan və fars kökənli ermənilərdir. Bu faktı diqqətdən qaçırmaq olmaz”.

Dehlinin bu yanlış mövqeyi ekspertə görə Hindistana heç bir uğur gətirməyəcək:

“Onlar nəzərə almalıdır ki, Ermənistanın aldığı silahın əvəzini qaytarmaq imkanı yoxdur. Deməli, o silahlar pulsuz verilir. Həmin silahla sabah Azərbaycan əsgəri öldürüləndə ölkəmizdə Hindistana olan münasibət də mənfiyə doğru dəyişəcək.

Dehli başa düşməlidir ki, Azərbaycan nə düşmənçiliyi, nə də dostluğu heç zaman unutmur və unutmayacaq. Hindistanın hazırda yürütdüyü ermənipərəst siyasətinin əsasında da ölkənin islamofob hakimiyyətinin mövqeyi dayanır.


Onlar bu gedişlə Cənubi Qafqazda heç bir halda güclənə bilməyəcək. Çünki Azərbaycana qarşı çıxmaqla regionda möhkəmlənmək qeyri-mümkündür”.
Həmsöhbətimiz Azərbaycan cəmiyyətinin Ermənistana dəstək verən Hindistanın əsl simasını aydın görməsi üçün bu ölkənin maddi və mədəni istehsalının boykot edilməsini vacib bildi:

“Azərbaycanda Hindistan mağazaları, şirkətləri də var. Onların satdığı məhsullar boykot edilməlidir. Digər tərəfdən, siyasi partiya və qeyri-hökumət təşkilatları, media ilə birlikdə onların üzərinə getməlidir. Ermənistana silah göndərən Dehliyə “Hindistan mallarına yox” deyən şüarla cavab verməliyik. Dövlət Sərhəd Xidməti isə Hindistan kökənlilərin Azərbaycana gəlməsi istiqamətində heç bir müsbət addım atmamalıdır”.

C. Nuriyev onu da vurğulayır ki, Hindistanın silahı Pakistan silahları ilə müqayisədə keyfiyyətsizdir:

“Pakistanın istehsal etdiyi silahlar daha çox İngiltərə və Türkiyə ilə birgə fəaliyyət nəticəsində hazırlanır. Hindistan isə daha çox Rusiyanın keçən əsrdən qalan silahlarını rəngini dəyişməklə kopyalayır.
Hindistan nüvə dövləti olsa da, hərbi dövlət deyil. Pakistan isə əksinə, tarixən hərbi dövlət olub. Hər halda, Hindistan yanlış yoldadır. Yaxşı olar ki, fikirləşsinlər, onlara iki milyonluq təxribatçılar lazımdır, yoxsa 50 milyonluq azəri türkü”.






Starxeber Bizi instagramda izləyin