14:54 Medianews.az 11 il SİZİNLƏ  |     12:53 “Nar”dan əla fürsət: Köhnə smartfonunu sərfəli şərtlərlə sat!  |     21:25 “Bundan sonra. Hər zaman” filminin romantik təqdimatı olub  |     16:29 Tanınmış rəssam və iş xanımı Gülçin Aslanlı ailə həyatı qurdu  |     22:41 Zəfərimizdən bəhs edən film nümayiş olunacaq - VİDEO  |     22:13 Tanınmış aparıcı Federasiyada yeni vəzifəyə təyin oldu  |     14:38 “Nar” xidmət mərkəzlərini yeniləməyə davam edir  |     14:09 Əkinçilik İnstitutu Toxumçular Assosiasiyası ilə əlaqələri gücləndirir  |     13:20 Mərakeş Kralı zəlzələdən zərərçəkmiş yaralılara qan verdi  |     10:48 Qanda şəkərin miqdarının kəskin artıb-azalması diabetik komaya qədər gətirib çıxara bilir  |     14:50 Mərakeş Krallığı zəlzələ ilə bağlı işçi qrupu yaradıb  |     11:49 Əziz kinosevərlərə şad xəbərimiz var!  |     18:10 “Nar” “Stevie” mükafatına layiq görüldü  |     23:58 Müasir dövrün tarixi - VANDA  |     18:26 Azərbaycan diplomatiyasının növbəti parlaq qələbəsi  |     09:51 Puç olmuş ümidlər və Azərbaycan diplomatiyasının növbəti qələbəsi  |     11:17 Mərakeş Xarici İşlər Nazirliyi BRİKS-ə qoşulmaq üçün ərizə verilməsi ilə bağlı məlumatı təkzib edib  |     15:55 “Nar” dan yeni xidmət: NaviMax GPS izləmə imkanı  |     11:03 Tərəqqinin 44 illiyini qeyd edirik: Oued Eddahab əyalətinin Mərakeş tərəfindən bərpası  |     18:41 Qubad İbadoğlunun həbsi Qərbin Azərbaycana təzyiq siyasətinin labüd nəticəsidir -VİDEO  |    
“Torqovıy”da fəaliyyət göstərən “siçan” saxlanıldı
Hadisə 29.09.2022 173

Bakıda “Tarqovıy” adı ilə tanınan ərazidə maskot kimi fəaliyyət göstərən şəxs (cizgi filmi qəhrəmanı olan siçan geyimində) saxlanılıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə sentyabrın 21-də axşam saatlarında baş verib. Polis əməkdaşları Nizami küçəsində uşaqlarla fotolar çəkdirib pul yığan siçan geyimindəki şəxsə yaxınlaşıblar və onun qeyri-qanuni fəaliyyət göstərdiyini bildiriblər.
 İttihama görə, bu zaman cizgi filmi qəhrəmanı geyimində olan 1989-cu il təvəllüdlü şəxs polisə müqavimət göstərib. O, fəaliyyətini davam etdirəcəyini bildirib və polis əməkdaşlarını söyməyə başlayıb. Bundan sonra 33 yaşlı şəxs ərazi üzrə 39-cu Polis Bölməsinə gətirilib. Gecəni bölmədə keçirən şəxs sentyabrın 22-də barəsində tərtib edilmiş protokolla birgə Səbail Rayon Məhkəmsinə göndərilib.

Saxlanılan şəxs məhkəmədə belə ifadə verib: 

“Sentyabrın 21-də, saat 20:05 radələrində Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində qanunsuz fəaliyyət göstərərək, yəni “siçan” paltarı geyinərək, pul yığırdım. Başqa əmək məşğuliyyətim yoxdur, buradan əldə etdiyim pulla ailəmi dolandırıram, iki azyaşlı uşağım var. Polis əməkdaşları yaxınlaşaraq irad bildirdilər, mənə bu işi davam etdirməməyi tapşırdılar. Lakin iradlara məhəl qoymayaraq, işimi davam etdirəcəyimi söylədim. Sonra polis əməkdaşları məni bölməyə dəvət etdi, lakin bundan imtina etdim, əl-qol hərəkətləri ataraq nalayiq ifadələr işlətdim və məni çətinliklə 39-cu Polis Bölməsinə gətirdilər. Əməlimdən peşmanam”.

Səbail Rayon Məhkəməsində hakim Mədinə Bağırovanın sədrliyi ilə keçirilən iclasda o, 200 manat cərimə edilərək sərbəst buraxılıb.






Starxeber Bizi instagramda izləyin