Hadisə
29.09.2022
162
Bakıda avtomobil qadını vuraraq öldürüb.
“Report”un əldə etdiyi məlumata görə, hadisə sentyabrın 28-də paytaxtın Nizami rayonu,
Babək prospektində qeydə alınıb.
Belə ki, İsmayılov Pərviz Şahin oğlunun idarə etdiyi “Mercedes-Benz” markalı avtomobillə yolu keçmək istəyən piyada Allahverdiyeva Mahirə Talıb qızını vurub. Nəticədə qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.