22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
Bakıda 20 yaşlı qadın məktəb şagirdlərinə narkotik satırmış
Sosial 29.09.2022 232

Bakıda narkotik satışı ilə məşğul olan 2002-ci il təvəllüdlü Günay Quliyevanın (ad-soyad şərtidir) məhkəmə prosesi başa çatıb.


“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə G.Quliyeva 6 il müddətinə azadlıqdan məhrum edilib.

İbtidai araşdırma orqanı tərəfindən irəli sürülən ittihama əsasən, Bakının Binəqədi rayonunda kirayə yaşayan 20 yaşlı qadın qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib saxlamaqla daşıyıb.

2021-ci ilin noyabrında daxil olan məlumat əsasında keçirilən əməliyyat nəticəsində saxlanılan qadının üzərindən 4,179 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 11 ədəd həbdə təsiredici maddəsinin ümumilikdə 0,44 qram çəkidə narkotik vasitə metadon tərkibli dərman preparatları aşkar edilərək götürülüb.

Cinayət Məcəlləsinin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə təqsirləndirilən Günayın şagirdlərə də narkotik satdığı müəyyən edilib.

Belə ki, Günay Binəqədi qəsəbəsindəki 179 saylı tam orta məktəbin qarşısında dayanmaqla 7-8-ci sinif şagirdlərinə narkotik maddəni əvvəlcə konfet adıyla pulsuz verdiyini, onlarda asılılıq yarandıqda isə hər bir həbi 15-20 manata satdığını bildirib. O, bu səbəbdən hətta uşaqların valideynləri tərəfindən döyüldüyünü də qeyd edib. İş materiallarında təqsirləndirilən şəxsin məktəbin qarşısında narkotik vasitə dövriyyəsi ilə məşğul olması öz təsdiqini tapıb.

Qeyd edək ki, Günayın özü də narkotik aludəçisi olub. O, bir müddət əvvəl qeyri-rəsmi nikah münasibətində olduğu ərindən ayrılıb, 2020-ci il təvəllüdlü qızı var.






Starxeber Bizi instagramda izləyin