22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
Şuşa ilə bağlı yeni sayt fəaliyyətə başladı
Sosial 28.09.2022 156

Şuşa ilə bağlı yeni sayt fəaliyyətə başladı 
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi “Cəmiyyətin və Medianın İnkişafı” İctimai Birliyinin icra etdiyi “Şuşanı tanıyaq, tanıdaq!” layihəsi çərçivəsində sayt fəaliyyətə başlayıb. Təşkilatdan verilən məlumata görə, sayt https://loveshusha.com adlanır. Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən saytda layihə çərçivəsində görülən işlər, Şuşanın tarixi, Vətən Müharibəsindən sonra şəhərdə qısa müddət ərzində gerçəkləşdirilən layihələrlə bağlı məlumatların yerləşdirilməsi nəzərdə tutulur. Saytın “Mədəniyyət” bölməsində Şuşada keçirilən mədəni tədbirlərlə bağlı geniş məlumatlar verilir. Qalereya bölməsində Şuşanın bu günü ilə bağlı foto və videolar yerləşdirilir. Elektron nəşrdə tanınmış şuşalılardan müsahibələrə, Şuşa sakinlərinin doğma şəhərləri ilə bağlı xatirələrinə də yer verilir. Bundan başqa işğal zamanı Şuşa sakinlərinin Şuşadan çıxardığı mənəvi dəyəri olan əşyalarla da bağlı foto və yazılı məlumatların sayta yerləşdirilməsi nəzərdə tutulur. Qeyd edək ki, https://loveshusha.com saytının fəaliyyəti layihə bitdikdən sonra təşkilatın əməkdaşları və könüllülərin sayəsində davam etdiriləcək.
Əvvəlcədən hər birinizə təşəkkür edirəm. Xahiş edirəm linkləri atarsız....






Starxeber Bizi instagramda izləyin