Sosial
28.09.2022
141
Bir neçə gün əvvəl Bakıda baş vermiş dəhşətli yol qəzasında həlak olan Elvin Əzizli vəzifəli şəxsin oğlu imiş.
STARXEBER.AZ Modern.az-a istinadən xəbər verir ki, E.Əzizlinin atası Şahin Əzizov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidmətinin Mil-Muğan Regional şöbəsinin rəisidir.
Bu barədə rəsmi qəzetdə Dövlət Əmək Müfəttişliyi Xidmətnin rəhbərliyi və kollektivi Ş.Əzizova başsağlığı veriblər.
Qeyd edək ki, E.Əzizli Dövlət Gömrük Komitəsinin Akademiyasının 2-ci kurs tələbəsi idi.
Xatırladaq ki, faciəvi hadisə akademiyanın qarşısında baş verib. Firdovsi Eyvazov idarə etdiyi "KamAZ” markalı, 99-XD-495 dövlət qeydiyyat nişanlı yük maşını ilə iki piyadanı vurub. Nəticədə Dövlət Gömrük Komitəsinin əməkdaşı, Rəsulova Sevgi Arzu qızı və Dövlət Gömrük Komitəsinin Akademiyasının 2-ci kurs tələbəsi, 2004-cü il təvəllüdlü Əzizli Elvin Şahin oğlu hadisə yerində vəfat edib.