Dünya
26.09.2022
177
Gürcüstan ölkəyə gələn rusların çoxluğu ilə əlaqədar sentyabrın 26-dan Rusiya vətəndaşları üçün sərhədləri bağlaya bilər.
STARXEBER.AZ xəbər verir ki, bu barədə Ukraynanın “FreedDom ” telekanalının efirində çıxış edən Gürcüstanın müxalif “Vahid Milli Hərəkat” partiyasının deputatı Nona Mamulaşvili bildirib.
“Gürcüstan hökuməti rusların ölkəyə kütləvi axınını dayandırmaq üçün indiyədək heç nə etməyib. Bizə dediklərinə görə, bazar ertəsi sərhədləri bağlayacaqlar. Bu, onların indiki mərhələdə edə bildiyi yeganə şeydir”, - xanım Mamulaşvili deyib.
Deputatın sözlərinə görə, ölkəyə giriş qadağası ilk növbədə 18 yaşdan 55 yaşa qədər kişiləri əhatə edə bilər.
Qeyd edək ki, sentyabrın 24 -də Şimali Osetiyadakı Yuxarı Lars sərhəd-keçid məntəqəsindən Gürcüstana daxil olmaq üçün 2300-ə yaxın avtomobil növbəyə dayanıb.
Gürcüstan hökumətindən sərhədlərin bağlanması barədə hələlik rəsmi açıqlama verilməyib.
//redaktor.az