Sosial
24.09.2022
347
Sosial şəbəkələrdə dələduzluq edən qadın peyda olub.
"Unikal"ın məlumatına görə, Qasımova Vüsalə Rizvan qızı "TikTok" sosial şəbəkəsində insanlara lotoreya oynamağı təklif edib. O, həmin şəxslərin hər birindən 200 manat alsa da, vəd etdiyi pulu ödəməyib. Həmin qadının 60 nəfərə yaxın şəxsin pulunu aldıqdan sonra sosial şəbəkə hesablarını bağladığı, nömrəsini isə dəyişdiyi bildirilir.
Hazırda lotoreya oynamaq üçün ödəniş edən şəxslər pullarını geri almaq üçün həmin qadını axtarır.
Murad İbrahimli