14:54 Medianews.az 11 il SİZİNLƏ  |     12:53 “Nar”dan əla fürsət: Köhnə smartfonunu sərfəli şərtlərlə sat!  |     21:25 “Bundan sonra. Hər zaman” filminin romantik təqdimatı olub  |     16:29 Tanınmış rəssam və iş xanımı Gülçin Aslanlı ailə həyatı qurdu  |     22:41 Zəfərimizdən bəhs edən film nümayiş olunacaq - VİDEO  |     22:13 Tanınmış aparıcı Federasiyada yeni vəzifəyə təyin oldu  |     14:38 “Nar” xidmət mərkəzlərini yeniləməyə davam edir  |     14:09 Əkinçilik İnstitutu Toxumçular Assosiasiyası ilə əlaqələri gücləndirir  |     13:20 Mərakeş Kralı zəlzələdən zərərçəkmiş yaralılara qan verdi  |     10:48 Qanda şəkərin miqdarının kəskin artıb-azalması diabetik komaya qədər gətirib çıxara bilir  |     14:50 Mərakeş Krallığı zəlzələ ilə bağlı işçi qrupu yaradıb  |     11:49 Əziz kinosevərlərə şad xəbərimiz var!  |     18:10 “Nar” “Stevie” mükafatına layiq görüldü  |     23:58 Müasir dövrün tarixi - VANDA  |     18:26 Azərbaycan diplomatiyasının növbəti parlaq qələbəsi  |     09:51 Puç olmuş ümidlər və Azərbaycan diplomatiyasının növbəti qələbəsi  |     11:17 Mərakeş Xarici İşlər Nazirliyi BRİKS-ə qoşulmaq üçün ərizə verilməsi ilə bağlı məlumatı təkzib edib  |     15:55 “Nar” dan yeni xidmət: NaviMax GPS izləmə imkanı  |     11:03 Tərəqqinin 44 illiyini qeyd edirik: Oued Eddahab əyalətinin Mərakeş tərəfindən bərpası  |     18:41 Qubad İbadoğlunun həbsi Qərbin Azərbaycana təzyiq siyasətinin labüd nəticəsidir -VİDEO  |    
Pandemiyanın sonu çatdı - Karantin nə vaxt ləğv ediləcək?
Koronavirus 24.09.2022 251

Bir neçə gün öncə səhiyyə naziri Teymur Musayev Azərbaycanda pandemiyanın sonuna doğru getdiyimizi bəyan etdi.


STARXEBER.AZ xəbər verir ki, bu barədə modern.az-a danışan  "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İşçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev deyib ki, Ümumdünya Səhiyyə Təşkilatının direktoru da pandemiya ilə bağlı səhiyyə naziri kimi  bənzər açıqlama verib.

Həkim də rəsmilərə istinad edərək, pandemiyanın sonunun yaxınlaşdığı qənaətindədir:

“Bunu həm yoluxmaların sayındakı azalmadan, həm də xəstəliyin yüngül formadan keçirilməsindən müşahidə etmək olar. Artıq insanlar xəstəliyi hansısa əlamət olmadan da keçirirlər. Pandemiyanın bitəcəyi vaxtı demək mümkün deyil, bu ilin sonu və ya gələn ilin əvvəli ola bilər".

İnfeksionist bildirib ki, önümüzdə qış mövsümünün olması, qapalı yerlərdən daha çox istifadə xəstəliyi artıra bilər:

"Buna görə də diqqətli olmalıyıq. Vaksin vurdurmayanların isə peyvəndlənməsini tövsiyə edirəm. Vəziyyət stabil olsa da, ehtiyatı əldən verməməliyik. Karantinin ləğvi o zaman gündəm ola bilər ki, bu problem tamamilə həll olunsun. Qrip kimi önəmsiz xəstəlik olduğu zaman karantin qaydaları ləğv olunacaq".






Starxeber Bizi instagramda izləyin