10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |     18:24 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “AzerGold” QSC arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     18:15 “İMZA”-da yeni təyinatlar olub  |     18:08 Rəna Əkbərova yeni vəzifəyə təyin olunub  |     18:06 Azərbaycan oftalmoloqlarının İndoneziya səfəri başa çatıb  |    
Bakıda toy sahibləri kütləvi şəkildə aldadıldılar - Administrator tutuldu
Sosial 24.09.2022 3 902

Xətai rayonu, Babək prospekti 56 ünvanında yerləşən “Mala Praga” restoranında toy sahiblərini aldadaraq, onlardan külli miqdarda vəsait toplayıb, şəxsi işlərinə xərcləyən administratorla bağlı məhkəmə qərar verib. 


“Qaynarinfo” xəbər verir ki, Ədalət Həsənov (soyadı şərtidir) 2018-ci ilin mart ayından “Mala Praga” restoranında administrator kimi işləyib. Həmin restoranda banket və toy məclisləri təşkil edib.

O, restoranda toy məclisi təşkil edilməsi üçün müraciət etmiş şəxsləri aldadaraq, 2022-ci ilin müxtəlif vaxtlarında onların toy və nişan mərasimlərinin keçirilməsi vaxtını təyin edib, aldığı pulları restorana ödəməyərək, şəxsi işlərinə xərcləyib.

Maddi imkanı yaxşı olmadığı üçün 2021-ci ilin dekabr ayından başlayaraq restorana gəlib toy və banket şənlikləri danışmaq istəyən şəxslərlə ünsiyyətdə olub, sonradan müştərilərlə özü gizlin şəkildə telefon əlaqəsi yaradaraq, həmin şəxslər üçün restoran rəhbərliyinin xəbəri olmadan endirim edib, əvvəlcədən beh vermələrini razılaşdırıb, aldığı pulun az qismini restoranın kitabçasında beh kimi yazdırıb, qalanını özü üçün götürüb.

O, zərərçəkmişlərdən - Yusif Babayevdən ümumilikdə 6 010, İsuliddin adlı şəxsdən 5 000, Nərmin və Ədalət adlı şəxslərdən 3 000, Teymur adlı vətəndaşdan 1 700, qohumu Günel Məmmədliyə toy etmək üçün zərərçəkmişdən 15 000 manat və digər şəxslərdən külli miqdarda vəsait alıb. 

Məhkəmədə zərərçəkmiş şəxslər toy ərəfəsində keçirdikləri sarsıntıya görə təqsirləndirilən şəxslə barışmadıqlarını və onun cəzalandırılmasını tələb etdiklərini bildiriblər.

Xətai Rayon Məhkəməsinin hakimi Bəxtiyar Məmmədovun sədrli ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, üç il müddətinə azadlıqdan məhrum edilib.






Starxeber Bizi instagramda izləyin