17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Ukraynada həbs olunan azərbaycanlı qazinin məhkəmə iclası keçirilib - FOTO
Sosial 23.09.2022 60

Dünən Kiyev vilayətinin Obuxov Rayon Məhkəməsində İkinci Qarabağ müharibəsi qazisi Misir Qasımlının işi üzrə növbəti məhkəmə iclası keçirilib.


Məhkəmə iclasında Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri Hikmət Cavad, UABD-nin İdarə Heyətinin üzvləri və fəalları, Azərbaycan səfirliyinin nümayəndəsi Samir Allahverdiyev iştirak edib.


Hikmət Cavadın sözlərinə görə, məhkəmə iclası başlamazdan əvvəl o, hakim Aleksandr Tixanski ilə görüşüb və onu Misir Qasımlıya açılan cinayət işinə uzun müddət baxılmasına görə Ukraynadakı Azərbaycan diasporunun və Azərbaycan ictimaiyyətinin narahatlığı ilə bağlı məlumatlandırıb.

"Məhkəmə prosesində birbaşa çıxışımda bir daha hakimdən xahiş etdim ki, Misir Qasımlı İkinci Qarabağ müharibəsi qazisi kimi diasporumuz üçün çox dəyərli olduğundan mənim məsuliyyətimlə zaminə buraxılsın. Vurğuladım ki, əgər prokurorluq hər məhkəmə iclasında iş üzrə birbaşa sübutları məhkəməyə təqdim edə bilmirsə, məhkəmə prosesinin 15 ay uzadılması yolverilməzdir. Bununla bağlı məhkəmə prosesinin sürətləndirilməsini xahiş etdim”, - deyə Hikmət Cavad bildirib.

Onun sözlərinə görə, hakim zərərçəkmiş şəxs qismində çıxış edən İspaniya vətəndaşının məhkəmə prosesində iştirak etməsi ilə bağlı dövlət ittihamçısına və zərərçəkənin vəkilinə oktyabrın sonuna qədər vaxt verdi və əks halda sübutların yetərincə olmamasına görə işə xitam verə biləcəyini bildirdi.

"Bu, şikayətçinin İspaniyadakı Ukrayna səfirliyinə gələrək videokonfrans vasitəsilə məhkəmə iclasında iştirak etməsini nəzərdə tutan prosessual qaydaya uyğun həyata keçirilməlidir. Səfirlik şikayətçinin şəxsiyyətini təsdiqləməli, daha sonra xüsusi prosessual qaydaya əsasən, tərcüməçinin iştirakı ilə ondan ifadə alınmalıdır. Oktyabrın sonuna qədər daha üç dinləmənin keçirilməsi gözlənilir. Biz Misirin yanında olacağıq”, - UABD rəhbəri vurğulayıb.
 
///Oxu.Az






Starxeber Bizi instagramda izləyin