10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |     18:24 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “AzerGold” QSC arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     18:15 “İMZA”-da yeni təyinatlar olub  |     18:08 Rəna Əkbərova yeni vəzifəyə təyin olunub  |     18:06 Azərbaycan oftalmoloqlarının İndoneziya səfəri başa çatıb  |    
Sosial 17.08.2019 147

Lerikdə məşhur istirahət mərkəzinin otağından ilan çıxıb.

Bu barədə məlumatı Aytən Əliyeva adlı istifadəçi sosial şəbəkədə paylaşıb. Bildirib ki, ailəvi olaraq dincəlmək üçün 2 gecəlik Lerikdə yerləşən “Relax” istirahət mərkəzinə gediblər.

VIP dulex kottec seçsələr də, sonradan gördükləri mənzərə onları xeyli qorxudub:

“Şəkildə yapışqanlı kağıza yapışıb həftəylə qalmış ölü siçan və canlı ilan görürsüz. Kottecə gəldiyimiz gündən otaqda qoxu olduğunu hiss etdik, ancaq əhəmiyyət vermədik. Düşündük ki, bəlkə əşyaların üstünə nəsə tökülüb. Dünən axşam otağa gəldikdə isə belə bir mənzərənin şahidi olduq. Nə yaxşı ki, kağız yapışqanlı olduğu üçün ilan hərəkət edə bilmirdi. Bu gün rəhbərliyə şikayət etmək istədik, burada olmadığını bildirdilər. Uşaqla gəlinən istirahətdə belə təhlükəli vəziyyətlə özləri rastlaşmış olsaydı, hansı reaksiyanı verərdilər maraqlıdır”.

“Relax” İstirahət Mərkəzinin direktor müavini Famil Kərimov hadisə ilə bağlı açıqlamasında bildirib ki, hotel meşədə yerləşir və bu kimi halların baş verməsi normaldır:

“Biz müştərilərə tapşırırıq ki, qapını açıq qoymasınlar. Meşə yeridir, otağa quş da girər, arı da, ilan da. Onlar da qapını açıq qoyub. Yazılanlardan xəbərdarıq.

Otaqlar hər gün təmizlənir. O siçanın həftəylə qalması mümkün deyil. Ailə ilə də danışıb, prosesi izah etmişik”.






Starxeber Bizi instagramda izləyin