22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
“Bəlkə, biz Azərbaycan uğrunda döyüşməmişik?!” - Vətəndaş şikayətləndi
Sosial 22.09.2022 164

Bir neçə gün öncə, vətəndaş Mübariz Həmzəyev Abbas oğlu Yenisabah.az-a atası Abbas Həmzəyev Ələkbər oğlunun 1990-cı il may ayında "Sədərək döyüşləri"ndə yaralanmasına baxmayaraq ona birdəfəlik müavinətlərin verilməməsi barədə müraciət etmişdi. 



Vətəndaş bildirirdi ki, dəfələrlə qurumlara müraciət etsə də, ona birdəfəlik müavinətlərin verilməsinin 1991-ci il oktyabrın 18-dən sonraya aid olduğunu deyiblər.

"Mənə Milli Ordunun 1991-ci il oktyabrın 18-dən sonra formalaşdığını əsas gətirərək, bunun bizə şamil olmadığını dedilər. Tək atam deyil, atam kimi 1990-cı ildən 1991-ci ilin sonuna qədər ölkədə bəlkə, 2-3 min qazi olub. Bu qazilər Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşüb yaralanmış, və bunun da təsdiq olunmuş şəxslərdir. Bəlkə, biz Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşməmişik?"

Məsələ ilə bağlı Yenisabah.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıblı bunları dedi:

"Qanunvericiliklə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 1991-ci il oktyabrın 18-dən (Müstəqilliyin bərpası günü) 1997-ci il avqustun 2-dək (“Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun qüvvəyə mindiyi gün) olan dövr ərzində hərbi xidmətdə olarkən aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara birdəfəlik ödəmə şəklində ödənişlərin verilməsi tapşırığı verilib.

Həmin dövr ərzində hərbi xidmətdə xəsarət alması barədə məlumatları aidiyyəti qurumlar tərəfindən müvafiq elektron sistemə daxil edilmiş, o cümlədən sığorta ödənişi alması üçün məhkəmə qətnaməsi olan hərbi qulluqçular və daxili işlər orqanları əməkdaşlarından ibarət olan və sənədləri e-sistemdə olan şəxslərə birdəfəlik ödəmələr həyata keçirilir".

Mətbuat katibi sonda indiyədək 15 mindən çox şəxsə proaktiv qaydada birdəfəlik ödəmə təyin edildiyini, hazırda da bu prosesin davam etdiyini bildirib.

İmamət İSMAYILOVA






Starxeber Bizi instagramda izləyin