14:16 Bakıda səs yazısı yayılan məktəb direktoru CƏZALANDIRILDI  |     12:08 SON DƏQİQƏ! Tərtərdə iki nəfər MİNAYA DÜŞDÜ  |     10:35 Xatirə İslam "Ömrüm"ə klip çəkdirdi  |     09:59 Ağır qəzada ölən şəxslər hərbçi imiş - Fotolar  |     09:26 Paytaxtda gənc oğlan güllələnib  |     09:24 Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb  |     08:57 Səfərbərlikdən qorxan rusiyalı reper intihar etdi  |     22:52 SON DƏQİQƏ! Füzulidə 2 nəfər minaya düşərək həlak oldu - Biri məktəblidir  |     22:49 Oktyabr ayına olan hava proqnozu  |     20:09 "Dostum Qardaşım" filminin çəkilişləri nə yerdədir? - AÇIQLAMA GƏLDİ (FOTOLAR)  |     17:07 Bir qrup prokurorluq əməkdaşına ali xüsusi rütbələr verilib - Prezidentdən sərəncam  |     16:39 Deputat Səbuhi Əhmədovun qardaşına "Şəhid ailəsi" statusu İSTƏDİ  |     12:39 Xidmət, məsuliyyət! Yeni innovativ imkanların ünvanı - “AZE Consulting” MMC  |     11:40 TƏBİB Rəhim Rəhimlinin ölüm səbəbini açıqlayıb  |     10:51 "Məni yaman günə qoydun" - Rəhimin anası  |     10:47 Müğənni Rəhim Rəhimli ilə vida mərasimi başlayıb - FOTO  |     08:01 Rəhim Rəhimlinin dəfn olunacağı yer açıqlandı  |     07:21 Rəhim Rəhimlinin ölüm səbəbi açıqlandı - Ürəktutmadan vəfat edib  |     06:49 Rəhim Rəhimli dünyasını dəyişdi  |     20:39 SON DƏQİQƏ! Bakıda xəstəxanada qadın intihar ETDİ  |    
Azərbaycanda hava kəskin dəyişir - Temperatur 10-12 dərəcə aşağı enəcək
Sosial 22.09.2022 145

Bakıda və Abşeron yarımadasında sentyabrın 23-dən 24-nə keçən gecədən başlayaraq şimal-qərb küləyinin 15-20 m/s, arabir 25-28 m/s, 24-ü axşam, 25-i gecə və səhər yarımadanın bəzi yerlərində arabir 30-33 m/s-dək güclənəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən STARXEBER.AZ-a verilən xəbərə görə, sentyabrın 25-i gecə və səhər yarımadanın bəzi yerlərində arabir yağış yağacağı ehtimalı var.

Havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 10°-dək aşağı enəcəyi, 24-də 23-25°, 25-də isə 20-22° isti olacaq.

Bir neçə gün davam edən isti və mülayim hava şəraitindən sonra sentyabrın 24-ü şimal və şərq rayonlardan başlayaraq havanın dəyişəcəyi, 26-dək qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, 24-dən 25-nə keçən gecə yüksək dağlıq ərazilərdə sulu qar yağacağı ehtimalı var.

Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 28-33 m/s-dək güclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 8-12° aşağı enəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.






Starxeber Bizi instagramda izləyin