10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |     18:24 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “AzerGold” QSC arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     18:15 “İMZA”-da yeni təyinatlar olub  |     18:08 Rəna Əkbərova yeni vəzifəyə təyin olunub  |     18:06 Azərbaycan oftalmoloqlarının İndoneziya səfəri başa çatıb  |    
“Ümumdünya Avtomobilsiz Günü” ilə əlaqədar veloyürüş keçirilib
Sosial 22.09.2022 123


22 sentyabr “Ümumdünya Avtomobilsiz Günü” ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Bakı Nəqliyyat Agentliyinin, Azərbaycan Velosiped Federasiyasının, Azərbaycan Gənclər Fondunun nümayəndələrindən və Azərbaycan Könüllü Təşkilatları İttifaqının könüllülərindən ibarət 50 həvəskar velosipedçinin iştirakı ilə Abşeron Milli Parkı ərazisindəki yeni salınmış velosiped zolağında veloyürüş keçirilib.  

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Maarifləndirmə və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Səyyarə Məmmədova bildirib ki, veloyürüş ilk olaraq Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb.   

“Ekoloji təmiz nəqliyyat növlərindən istifadəni təşviq etmək, istilik effekti yaradan qazların azaldılmasına töhfə vermək, insanlara sağlam həyat tərzini aşılamaq, eyni zamanda ekoturizmi təbliğ etmək məqsədilə keçirilən veloyürüşdə iştirakçılar əllərində üçrəngli bayrağımızı tutaraq 6 km-lik velosiped zolağını qət ediblər”.

S.Məmmədova onu da qeyd edib ki, ətraf mühitin mühafizəsinə həsr edilmiş “Ümumdünya Avtomobilsiz Günü”nün qeyd olunmasına ilk dəfə 1997-ci ildə Böyük Britaniyada başlanıb. Hazırda bu aksiyaya dünyanın 46 ölkəsindən 2000-dən çox şəhər qatılır.






Starxeber Bizi instagramda izləyin