22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
Şəhidlərin qırxı çıxana qədər TOYLAR dayansın? – SORĞU
Sosial 22.09.2022 349

Azərbaycanda Məhərrəm ayının bitməsinə sayılı günlər qalıb. Artıq xeyir iş etmək istəyənlərin əksəriyyəti restoran və şadlıq saraylarının günlərini bron ediblər. Demək olar ki, hazırda bir çox şəxs oktyabr ayında ən azı 2 toya dəvət alıb. 

Lakin hazırda situasiya bir qədər fərqlidir. “El-obada toy olsun”, “təki xeyir işlərə yığışaq” deyən el ağsaqqalları həmçinin gənclər hazırda toy dəvətnamələrinə qarşı birmənalı fikir bildirmirlər.

Bunun səbəbi isə 13 sentyabrda Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində 80 hərbi qulluqçumuzu şəhid verməyimizlə bağlıdır. Əksəriyyət məhərrəmlik ayında saxlanılan matəmin eyni ilə şəhidlərimizə qarşı da tutulmağının tərəfdarıdır.

Bizim.Media mövzu ilə bağlı insanların fikirlərini öyrənməyə çalışıb. Sorğunun cavabları isə müxtəlif olub.

Bəzilərinin fikrincə, xeyir-şər qardaşdır və toyların keçirilməsi böyük qəbahət sayılmamalıdır:

Şəbnəm Vəliyeva: “Mən özüm təxirə salmışam şəxsən, istəyən təxirə sala bilir hər şey bəhanədir. Toydur, bu gün olmasın, sabah olsun. Şəhidlər bizim üçün can qoyub orada ən az sentyabrda toy edilməsin. Düzdür hər kəsin şəxsi fikri var, amma vətən deyiləndə axan sular durmalıdır”.

Babək Məmmədov: “Dinimizdə var, xeyir işdən qalmaq olmaz. Şəhidlər canlarından ona görə keçib ki, vətən ağ günə çıxsın, düşmənlər sevinməsin. Hər nə qədər yaralı olsaq da gələcək üçün sevinc toxumları səpilməlidir. Oturub qəm çəkməklə iş getmir, inkişaf olmur. Çoxusunun yaşı keçir mümkün qədər tez ailə qurmaq prioritet olur. Hansısa molla rejimlərinin siyasətidir o 1 həftə, 40 gün, 1 il söhbətləri. Lazım deyil, xeyir iş gecikməməlidir”.

Samirə Abbasova: “Mən Vətən müharibəsindən sonra ilk dəfə toya 2022-ci ilin iyul ayının 1-i getmişəm. Şəhidlərin ili çıxana kimi heç bir nişana, toya getməyi ürəyim qəbul etmədi. İndi də heç həvəsim yoxdur, toya çağırıblar amma böyük ehtimalla iştirak etməyəcəyəm”.

Əli Qurbanov: “Düzdür, şəhidlərin ən azı 40-nı gözləmək lazımdır. Amma genefondumuz üçün ailə həyatı qurmaq labüddür. Vətəni qorumaq üçün onu dar günündə tək qoymayan igidlər lazımdır. Ona görə də nə qədər xeyir iş olarsa, bir o qədər yaxşıdır”.

Sosioloqların da fikrincə, xeyir işlərin keçirilməsinə cəmiyyətin fərqli münasibət göstərməsi çox normal haldır. Lakin aqressiv şəkildə şişirdilib məsələni mübahisəyə çevirmək doğru deyil. Sadəcə olaraq, ənənəvi, hər şeyin israf olunduğu toylardan imtina edərək, sadə və daha kiçik toy məclisləri qurulmasında fayda var.






Starxeber Bizi instagramda izləyin