17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
“Range Rover”lə adam öldürən şəxs "AZAL"ın kapitanı imiş
Sosial 21.09.2022 265

“Koroğlu” metrosunun yaxınlığında “Range Rover”lə piyadanı vurub öldürən sürücünün məhkəməsi keçirilib.


STARXEBER.AZ Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə bu il martın 16-na keçən gecə, Heydər Əliyev prospektinin metronun “Koroğlu” stansiyasının qarşısından keçən hissəsində qeydə alınıb. Sürücü idarə etdiyi “Range Rover Sport” markalı avtomobillə 51 yaşlı Mirzəyev Güloğlan İsmayıl oğlunu vurub.

Lüks avtomobilin sürücüsü, 1980-ci il təvəllüdlü Qəniyev Ruslan Ədiloviç Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma - ölümlə nəticələndikdə) maddəsi ilə təqsirləndirilib. Bakının Nizami Rayon Məhkəməsində ona 1 il sınaq müddəti təyin edilməklə şərti cəza təyin edilib.

Araşdırmalar zamanı məlum olub ki, hadisə nəticəsində vəfat edən şəxs “Ət bazarı”nda alverlə məşğul olub. Qəzanı törədən sürücü isə Azərbaycan Hava Yolları QSC-nin (AZAL) “Airbus” hava gəmisinin kapitanıdır. O, saat 00:07-də evinə qayıdarkən G.Mirzəyev qəfil prospekti keçməyə çalışıb. Nəticədə “Range Rover Sport” markalı avtomobilin altında qalan şəxs vəfat edib.






Starxeber Bizi instagramda izləyin