"Dünyada koronavirus pandemiyasının sonu yaxınlaşır"
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus deyib.
O qeyd edib ki, ötən həftə COVID-19-dan həftəlik ölümlərin sayı 2020-ci ilin mart ayından indiyədək ən aşağı həddə çatıb.
"Biz hələ hədəfə çatmamışıq, lakin son yaxınlaşır", - deyə baş direktor vurğulayıb.