14:54 Medianews.az 11 il SİZİNLƏ  |     12:53 “Nar”dan əla fürsət: Köhnə smartfonunu sərfəli şərtlərlə sat!  |     21:25 “Bundan sonra. Hər zaman” filminin romantik təqdimatı olub  |     16:29 Tanınmış rəssam və iş xanımı Gülçin Aslanlı ailə həyatı qurdu  |     22:41 Zəfərimizdən bəhs edən film nümayiş olunacaq - VİDEO  |     22:13 Tanınmış aparıcı Federasiyada yeni vəzifəyə təyin oldu  |     14:38 “Nar” xidmət mərkəzlərini yeniləməyə davam edir  |     14:09 Əkinçilik İnstitutu Toxumçular Assosiasiyası ilə əlaqələri gücləndirir  |     13:20 Mərakeş Kralı zəlzələdən zərərçəkmiş yaralılara qan verdi  |     10:48 Qanda şəkərin miqdarının kəskin artıb-azalması diabetik komaya qədər gətirib çıxara bilir  |     14:50 Mərakeş Krallığı zəlzələ ilə bağlı işçi qrupu yaradıb  |     11:49 Əziz kinosevərlərə şad xəbərimiz var!  |     18:10 “Nar” “Stevie” mükafatına layiq görüldü  |     23:58 Müasir dövrün tarixi - VANDA  |     18:26 Azərbaycan diplomatiyasının növbəti parlaq qələbəsi  |     09:51 Puç olmuş ümidlər və Azərbaycan diplomatiyasının növbəti qələbəsi  |     11:17 Mərakeş Xarici İşlər Nazirliyi BRİKS-ə qoşulmaq üçün ərizə verilməsi ilə bağlı məlumatı təkzib edib  |     15:55 “Nar” dan yeni xidmət: NaviMax GPS izləmə imkanı  |     11:03 Tərəqqinin 44 illiyini qeyd edirik: Oued Eddahab əyalətinin Mərakeş tərəfindən bərpası  |     18:41 Qubad İbadoğlunun həbsi Qərbin Azərbaycana təzyiq siyasətinin labüd nəticəsidir -VİDEO  |    
CinemaPlus-da sehrli Şərq - FOTO/VIDEO
Mədəniyyət 13.09.2022 119

“Gənclik Mall” TM-də yerləşən “CinemaPlus” premium kinoteatrında “Üç min illik arzular” romantik nağıl filminin premyeradan öncə nümayişi keçirilib.


Operativ24 xəbər verir ki, kinoteatrda sehrli ab-hava var idi. Belə bir təəssürat yaranırdı ki, “S Design” dekorasiya şirkətinin təşkil etdiyi şərq nağılına qədəm qoyursan. Dekorasiya ilə yanaşı, qonaqlara iki hissəli şou da təqdim olunub. Sehrbaz Anar Əliyevin sehrli dərsləri və cazibədar “Renka Black Angel”in rəqsi tamaşaçıları heyran edirdi. Həmçinin tədbirdə Nəzrin Nəsirova qonaqlar üçün xına rəsmləri çəkirdi.


Filmin rejissoru Corc Millerdir. Baş rollarda İdris Elba və Tilda Suinton çəkiliblər. Filmin dünya premyerası 20 may 2022-ci ildə Kann Film Festivalında olub.

Film haqqında qısa məlumat: İstanbula səyahət edən tənha qadın alim, azadlığı müqabilində ona üç arzu haqqı təklif edən сini kəşf edir. İstədiyi sevgidir, amma onu ona verə bilərmi və etməlidirmi? Bununla belə, o, cinlərlə bağlı hekayələrin adətən necə bitdiyini bilir və buna görə də üç arzusunu yerinə yetirməyə tələsmir. Bu inanılmaz tanışlıq onların hər ikisinə dünyanı tamamilə yeni bir şəkildə görməyə imkan verəcək və hər ikisinə arzu edə bildiklərindən çox şey verəcəkdir.

Tədbirin təşkilində dekor şirkəti “S Design”, “MADO” restoranı, foto və video “Light in Black” kreativ şirkəti və Bubbles dəstək göstəriblər.

“CinemaPlus” hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.






Starxeber Bizi instagramda izləyin