Ukrayna ordusu Xarkov vilayətində ruslar tərəfindən müvəqqəti işğal edilmiş 20-dən çox yaşayış məntəqəsini azad edib.
Bakupost.az UNİAN-a istinadla xəbər verir ki, bu barədə onlayn brifinqdə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini, briqada generalı Aleksey Qromov bildirib.
"Hazırda hərbi birləşmələrimiz düşmənin müdafiə xəttinə 50 km dərinliyə daxil olub. Bir sıra yaşayış məntəqələrində filtrasiya əməliyyatları davam edir. Xarkov istiqamətində aktiv əməliyyatlar zamanı 20-dən çox yaşayış məntəqəsi azad edilib", - deyə Qromov bildirib.