22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
AKAF-IN PREZİDENTİ VÜQAR ƏHMƏDOV FISA PREZİDENTİ İLƏ GÖRÜŞÜB
İdman 5.09.2022 167

AKAF-IN PREZİDENTİ VÜQAR ƏHMƏDOV FISA PREZİDENTİ İLƏ GÖRÜŞÜB


Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının rəhbəri Vüqar Əhmədov Beynəlxalq Avarçəkmə Federasiyasının (FISA) prezidenti Jan Kristof Rollandla görüş keçirib. FISA-nın İsveçrənin Lozanna şəhərində yerləşən mənzil-qərargahında baş tutan görüşdə ölkəmizdə avarçəkmənin tarixi, inkişaf mərhələsi, bu günü və gələcək planları haqqında məlumat verilib. 
Qeyd olunub ki, hələ ötən əsrin ortalarında ümumilli lider Heydər Əliyevin ilk hakimiyyəti dönəmində Azərbaycanda 11 müstəqil avarçəkmə klubu fəaliyyət göstərib. O vaxtlar təşkil edilmiş “Mingəçevir Reqatası”nda nəinki Sovetlər Birliyi, eləcə də Avropanın bir çox ölkələrinin idmançıları iştirak edib. 1964-cü ildə istifadəyə verilən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçmiş SSRİ ölkələri ilə yanaşı, əvvəlki Yuqoslaviya, Bolqarıstan, hətta Kuba komandaları da təlim-məşq keçib. 
AKAF-ın rəhbəri Vüqar Əhmədov bildirib ki, dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev idmana və idmançılara böyük diqqət ayırır. İlham Əliyevin müvafiq tapşırıqları əsasında “Kür” Olimpiya Tədris-İdman Mərkəzi 2010-cu ildə əsaslı təmir edilib. Hazırda bütün beynəlxalq standartlara tam cavab verən “Kür” OTİM-də Bakı-2015 birinci Avropa Oyunlarının avarçəkmə yarışları yüksək səviyyədə təşkil olunub.
Görüş zamanı Azərbaycan idmançılarının beynəlxalq yarışlar – Avropa və Dünya çempionatları, həmçinin Olimpiya oyunlarında çoxsaylı mükafatlar qazanması FISA prezidentinin diqqətinə çatdırılıb. Cari ilin may ayında Suqovuşan su anbarında və Mingəçevir şəhərində təşkil olunan kayak-kanoe və akademik avarçəkmə üzrə “Prezident Kuboku” beynəlxalq reqatası ilə bağlı videoçarx Jan Kristof Rollanda nümayiş etdirilib. Qeyd olunub ki, Azərbaycanda avarçəkmə idman növünü daha da inkişaf etdirmək üçün yeni su hövzələrinə baxış keçirilir və müvafiq infrastrukturun yaradılması üçün işlər görülür. 
Görüş zamanı qarşılıqlı əlaqələrin gələcək inkişafı, beynəlxalq federasiya prezidentinin ölkəmizə səfərinin təşkili müzakirə olunub. Qarşıdakı illərdə sahil avarçəkməsi üzrə Dünya və ya Avropa çempionatının Azərbaycanda təşkil olunması ilə bağlı fikir mübadiləsi aparılaraq bu istiqamətdə işlərin davam etdirilməsi ilə bağlı razılıq əldə edilib. 
Görüşün sonunda Beynəlxalq Avarçəkmə Federasiyasının prezidenti Jan Kristof Rolland görülən işləri yüksək qiymətləndirib. Jan Kristof Rolland Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasına hər zaman dəstək verməyə hazır olduqlarını deyərək federasiyamıza gələcək fəaliyyətində uğurlar arzulayıb.






Starxeber Bizi instagramda izləyin