14:54 Medianews.az 11 il SİZİNLƏ  |     12:53 “Nar”dan əla fürsət: Köhnə smartfonunu sərfəli şərtlərlə sat!  |     21:25 “Bundan sonra. Hər zaman” filminin romantik təqdimatı olub  |     16:29 Tanınmış rəssam və iş xanımı Gülçin Aslanlı ailə həyatı qurdu  |     22:41 Zəfərimizdən bəhs edən film nümayiş olunacaq - VİDEO  |     22:13 Tanınmış aparıcı Federasiyada yeni vəzifəyə təyin oldu  |     14:38 “Nar” xidmət mərkəzlərini yeniləməyə davam edir  |     14:09 Əkinçilik İnstitutu Toxumçular Assosiasiyası ilə əlaqələri gücləndirir  |     13:20 Mərakeş Kralı zəlzələdən zərərçəkmiş yaralılara qan verdi  |     10:48 Qanda şəkərin miqdarının kəskin artıb-azalması diabetik komaya qədər gətirib çıxara bilir  |     14:50 Mərakeş Krallığı zəlzələ ilə bağlı işçi qrupu yaradıb  |     11:49 Əziz kinosevərlərə şad xəbərimiz var!  |     18:10 “Nar” “Stevie” mükafatına layiq görüldü  |     23:58 Müasir dövrün tarixi - VANDA  |     18:26 Azərbaycan diplomatiyasının növbəti parlaq qələbəsi  |     09:51 Puç olmuş ümidlər və Azərbaycan diplomatiyasının növbəti qələbəsi  |     11:17 Mərakeş Xarici İşlər Nazirliyi BRİKS-ə qoşulmaq üçün ərizə verilməsi ilə bağlı məlumatı təkzib edib  |     15:55 “Nar” dan yeni xidmət: NaviMax GPS izləmə imkanı  |     11:03 Tərəqqinin 44 illiyini qeyd edirik: Oued Eddahab əyalətinin Mərakeş tərəfindən bərpası  |     18:41 Qubad İbadoğlunun həbsi Qərbin Azərbaycana təzyiq siyasətinin labüd nəticəsidir -VİDEO  |    
Səhiyyə Nazirliyindən xəbərdarlıq: Oktyabr-dekabr aylarında ...
Koronavirus 5.09.2022 264

"Bütün hava-damcı infeksiyalarında payız-qış aylarında eyni qanunauyğunluqla epidemik alovlanmalar müşahidə olunur. Bu hal çox güman Azərbaycanda oktyabr-dekabr aylarında müşahidə ediləcək”.


STARXEBER.AZ xəbər verir ki, bunu Reprot-a açıqlamasında Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

T.Eyvazov bildirib ki, hazırda Azərbaycanda koronavurusla əlaqəli epidemioloji vəziyyət müəyyən qədər yüksək səviyyədə stabilləşməkdədir, bəzi günlərdə infeksiyadan sağalanların sayı yeni yoluxanların sayını hətta üstələyir:

"Dünyada da eyni tendensiya müşayiət olunur. Eyni zamanda aktiv xəstə sayına baxsaq xəstəxanaların yüklənmədiyini görə bilərik. Bu, hazırda dövriyyədə olan "Omikron” ştamının daha yüngül gedişi hesabınadır. Ümumdünya Səhiyyə Təşkilatı havaların soyuduğu dövrlərdə yoluxma hallarının sayında əhəmiyyətli artımların olacağını proqnozlaşdırır. Bu da təbii haldır. Belə dövrlərdə əhalinin sanitar qaydalara ciddi riayət etməsi daha da vacib sayılır. Xüsusən qapalı məkanlarda maskadan istifadə, otaqların tez-tez havalandırılması, insanların toplandığı məkanlarda daha az vaxt keçirmək, gigiyena qaydalarına əməl etmək və s”.

Nazirlik rəsmisi əlavə edib ki, yoluxma sayının artmasının karantin tədbirlərinin sərtləşdirilməsi ilə nəticələnəcəyi düşünülmür:


"Lakin pandemik həyat tərzi, yəni heç bir məcburedici qərarlar olmadan əhalinin tövsiyələr əsasında könüllü olaraq müəyyən qaydalara şüurlu surətdə əməl etməsi və bunun nisbətən kütləvi olması ümumi duruma xeyl müsbət töhfə verə bilər. Eyni zamanda peyvənd olunmamışların və ya buster doza almamış şəxslərin, xüsusən də risk qrupunda olanların vaksinasiya prosesinə könüllü qatılması arzuolunandır”.

Qeyd edək ki, bu günə qədər ölkədə COVID-19-a yoluxanların ümumi sayı 815 523 nəfər təşkil edib. 3 442 nəfər isə aktiv xəstə statusundadır.






Starxeber Bizi instagramda izləyin