22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
18 il məhkum edilən Murad həbsdən məktub göndərdi - “Qızlarımı xilas edin”
Hadisə 2.09.2022 92

2020-ci ilin sentyabrın 2-də Bakıda yerləşən moteldə həyat yoldaşı, müğənni Şəhanə Şamilovanı qətlə yetirən Murad Şamilov həbsxanadan məktubla “Qafqazinfo”ya müraciət edib.


18 il müddətinə həbs cəzasına məhkum edilən M.Şamilov qayınanasının himayəsinə verilmiş azyaşlı qızlarının taleyindən narahat olduğunu bildirib və onların bacısı Sevinc Nurəliyevanın himayəsinə verilməsini xahiş edib.


Məsələ ilə bağlı aidiyyəti məhkəmə instansiyalarına müraciət etdiyini bildirən məhbus azyaşlı övladlarının qayınanasının yanında yaşamasının onların gələcəyi üçün riski olduğunu düşünür:


“Mən öz cəzamla razılaşmışam və cəzamı da çəkirəm. Lakin övladlarım bu vəziyyətə görə günahkar deyil. Əvvəlcədən qeyd edim ki, baş vermiş cinayətdə qayınanam Zəminə Məmmədlinin böyük təsiri olub. Qeyri-sağlam həyat tərzi keçirən, müğənni kimi özünü təqdim edən, günlərlə evə gəlməyən Zəminə Məmmədli illər əvvəl Türkiyədəki insan alveri əməliyyatından sonra Azərbaycana deportasiya edilib və Türkiyəyə daxil olmasına qadağa qoyulub. O, öz qızını, yəni mənim həyat yoldaşımı narkotik vasitələrə öyrəşdirərək özündən asılı vəziyyətə saldı və özü kimi əyri yola çəkdi, müğənni kimi müxtəlif məclislərə apararaq pul qazanmağa, varlanmağa çalışırdı. Qayınanama məxsus olan müxtəlif pornoqrafik görüntülər də cəmiyyətdə yayılıb. İndi bu qadın mənim 2 körpə qızıma hansı tərbiyəni verəcək, onlara necə dəstək olacaq, qızlarımı necə cəmiyyətə yararlı, savadlı, əqidəli vətəndaş kimi böyüdəcək?!”


Murad Şamilov bildirib ki, oğlu qızlarından böyük olduğuna görə hadisələri dərk edir və illər əvvəl nənəsinin əməllərini gördükdə ona etiraz da edib:


 “Oğlum anası ilə evdən gedib nənəsigildə qalanda anası ilə nənəsinin etdiyi hərəkətləri görüb, onların həyat tərzini görüb etiraz etmişdi. Bundan sonra qayınanam Zəminə onu evdən qovub və o vaxtdan oğlum bacımın yanında, yəni bibisi Sevincin himayəsində yaşayır. Hadisə baş verdikdən sonra – 2020-ci ilin dekabr ayında Binəqədi Rayon Məhkəməsi işi tez həll etməyə və qarşı tərəfə olan neqativ münasibətinə görə oğlumu bacım Sevincin, qızlarımı isə qayınanam Zəmilənin himayəsinə verdi. Amma bu, məni çox narahat edir. Qızlarımın bir neçə il sonra insan alverinin qurbanı olmayacağına kim zəmanət verə bilər? Öz qızını insan alverinə cəlb edən şəxs, nəvələrinə də bunu etməzmi?”

Həbsxanadan göndərdiyi məktubda Murad Şamilov sentyabrın 8-də Binəqədi Rayon Məhkəməsində qəyyumluqla bağlı məsələyə yenidən baxılacağını bildirib. Hakim Məhəmməd Rüstəmlinin sədrliyi ilə keçiriləcək iclasda qızlarının qayınanasından alınaraq bacısına verilməsinin vacib olduğunu bildirən məhbus dövlət qurumlarından məsələni dərindən araşdırmasını xahiş edib.


İttihamlarla bağlı Murad Şamilovun qayınanası, 2010-cu ildə ANS televiziyasında keçirilən “Toylar kraliçası” mahnı müsabiqəsinin qalibi Zəminə Məmmədli ilə də əlaqə saxladıq. Qadın “Qafqazinfo”ya açıqlamasında keçmiş kürəkəninin dediklərini böhtan adlandırdı: 


“Məni araşdırın, ömrümdə heç Türkiyədə olmamışam. Murad özü əxlaqsız həyat tərzi sürüb, qızım onu dəfələrlə başqa qadınlarla tutub, bu barədə çoxsaylı fotolar da var. Məhkəmə də, icra qurumları da dəfələrlə mənim evimdə olublar, şəraitimi araşdırıblar və qızım Şəhanənin iki qızını mənim himayəmə veriblər. Sentyabrın 8-də yenə məhkəmə olacaq.


Murad hər yerə mənim haqqımda ağzına gələni yazır, amma onun dediklərinin heç birinə inanmayın. Mən alın açıqlığı ilə müğənnilik edib çörəkpulumu qazanıram. Həyat yoldaşım da, oğlum da musiqiçidir, mənimlə birgə toylara gedirlər. Muradın 3 bacısı boşanıb bir həyətdə yaşayır. Onlar mənim nəvələrimə baxa bilər? O, mənim göz bəbəyim kimi böyütdüyüm qızımı qətlə yetirdi. Əqidəsi olan adam, qızlarının gələcəyini düşünən adam arvadını öldürüb balalarının başını aşağı edərmi?!”


Nizam Rza 













Starxeber Bizi instagramda izləyin