22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
"Qarabağ"ın mühafizə etdiyi "Şah"...
İdman 26.08.2022 696

Ötən gün UEFA Çempionlar Liqasında "Viktoriya"nın rəqibləri məlum oldu. Dünya nəhəngləri "Bayern", "Barselona" və "İnter"lə mübarizə aparacaqlar. Bilmirəm, aparacaqlar və ya qapazaltı olacaqlar, amma onları dünya daha yaxından tanıyacaq. Reklam gəlirindən tutmuş, akademiyasına qədər irəli gedəcək. Biz onların yerində niyə ola bilmədik? Çünki bizim qapımızın qarşında Şahruddin kimi "mina" var. O "mina" ki ən vacib oyunlarda partlayır. Necə ki pley-off mərhələsinin cavab görüşündə Plzendə "partladı". Məhəllədə duran qapıçının etmədiyi səhvi etdi. Peşakar qapıçı həminki görüşdə lovğalığın pik həddini yaşayırdı. 4 müdafiəçi olan zonaya ərinmədən 16-17 metr yol gedib, ucaboy "Viktoriya" futbolçularından top almaq istədi. Bəli, aldı, amma qapısına vurulan 2 topu aldı, di get çıxart... Bu mövzu əslində tez bitəcəkdi, "Qarabağ" camiəsi aşırı reaksiya verməsəydi. Azərbaycanlı azarkeşlər və futbol ictimaiyyəti pis insanlardan ibarət deyil ki, ucundan tutub, ucuzluğa getsinlər. Üzümü tuturam "Qarabağ" klubuna, azarkeş ürəyi istədiyindən, sevgisindən, məhəbbətindən tənqid edir. Bu onların haqqıdır, onlar əbədidir! Qurban Qurbanov və klubun icraçı direktoru Əmrah Çəlikəl Şahruddini azarkeş və ictimaiyyətdən elə müdafiə edir ki, sanki düşmən tərəf hücuma keçib, bunlar da bir növ ona dəstək göstərirlər. İnanın, bu dəstək deyil, bu, "droj"lanmış aşırı imtiyazdır. Azərbaycanda ən çox imtiyazlı qurum Milli Məclis idi, bundan sonra "Qarabağ"ın Şahruddini olacaq... Yadımdadır, bir zamanlar Mahir Mədətov indiki Mahir Emrelini azarkeşlər tənqid edən zaman klubun o zamankı mətbuat katibi Nurlan İbrahimov absurd ideya düşünüb Mahirin şəkilini klubun rəsmi səhifəsinin profilinə qoymuşdu. Ümumiyyətlə, belə düşüncələr qeyri-peşəkarlıqdan xəbər verir. Peşəkar şəxslər tənqidi qəbul edir, onun haqda fikir mübadiləsi aparır, həlli istiqamətində işlərin görür. Daha Şahruddin kimi gecənin bir aləmində tənqidi cavabında içərisində Allahın adını çəkib, onu tənqid edənlərə şeytan adını qoymur. Ona "güc" verən onu yersiz müdafiə edənlərdir. Yoldaşlar, qapıçının işi top çıxarmaqdır da, topu qapıya salmaq deyil ki... Şahruddin xidmət edib, gözəl oyunlar keçirib, bu o deməkdir ki, ancaq tərif edək? Uşaq şeyxlərinə göz yumaq? Burda mənəm, bağdadda kor xəlifə prinsipini alqışlayaq? Bu nə düşüncədir? Elə sizin bir vaxtlar dağ başına qoyduğunuz Ruslan Qurbanov azarkeşlərə çaqqal deyərək təhqir etdi. Düzdür, dediyi sözün 1000 qatını Ruslan Qurbanova qaytardılar, amma nə faydası? Oynadığı klublarda 6 ay davam gətirməyən, milliləşən fərsiz futbolçu olub. Bir ayağı o birinə dolaşan, hətta sırtıqcasına jurnalistlərə sual verir ki, siz bu dövlət üçün nə etmisiniz? Ay Ruslan, sənin kimi böyük pullara görə burada yaşamırıq, yediyimiz qaba tüpürmürük, sənin kimi tərbiyəsiz sözlər işlətmirik, əqidəmiz, amalımız vətənə xidmət etməkdir. Səni bu ölkəyə calayanlar sənin qədər vecsizdir! Şahruddinin instaqram səhifəsindəki paylaşımdan sonra eyni hərəkəti ondan da gözləyirəm... Amma Şahruddinin bəxti gətirib. Onun ictimaiyyətdən müdafiə və mühafizə edən baş məşqçisi, klub rəhbərliyi var. Qurban Qurbanov nə Fərhad Vəliyevə, nə də Emil Balayevə belə qayğı göstərib. Yadındadır, mən 2014-15-ci illərdə "Bakı"da oynayanda "Qarabağ" indi sökülüb yerində yekə göydələn tikilən Bakı futbol klubunun təlim-məşq bazasında yoxlama oyunları keçirirdi. "Sumqayıt"ın formasını geyinən boyu 176 sm olan Şahruddin o vaxtdan Qurbanovun sevgisini qazanmışdı. Oyunlarda Qurbanov "Qarabağ"ı deyil, onu daha çox müşahidə edirdi. Məntiqi nəticəsi də göz önündədir. Qayıdaq bayaqkı mövzuya, qapıçının işi top tutmaqdır, xüsusən də onminlərlə pul alırsa. Bunu əldə bayraq etmək lazım deyil ki, top tutur, digər qapıçılar məgər qapıda qarpız tutur? Onsuz da tərif etdiyimiz adamların fəaliyyəti bizi həmişə narazı salıb. Özü də tənqidi bəyənməyənlər ağını çıxarıb... Bu arada, "Qarabağ" klubunun icraçı direktoru hörmətli Əmrah Bəy! Siz narahat olmayın, bizim fəxr edəcəyimiz adam var. Şahruddin deyil, dünya şahmatının şahı Şəhriyar Məmmədyarovdur! O Şəhriyar ki onun gördüyü işləri sizin "Şah"ın görməsi üçün ona 250 il ömür lazımdır. Bu nə fiziki, nə ömür vəfası cəhətdən mümkündür. Siz futbolçunuzu azarkeşlərdən yox, onaları özlərindən qoruyun.


Ağa Dadaşzadə 






Starxeber Bizi instagramda izləyin