14:54 Medianews.az 11 il SİZİNLƏ  |     12:53 “Nar”dan əla fürsət: Köhnə smartfonunu sərfəli şərtlərlə sat!  |     21:25 “Bundan sonra. Hər zaman” filminin romantik təqdimatı olub  |     16:29 Tanınmış rəssam və iş xanımı Gülçin Aslanlı ailə həyatı qurdu  |     22:41 Zəfərimizdən bəhs edən film nümayiş olunacaq - VİDEO  |     22:13 Tanınmış aparıcı Federasiyada yeni vəzifəyə təyin oldu  |     14:38 “Nar” xidmət mərkəzlərini yeniləməyə davam edir  |     14:09 Əkinçilik İnstitutu Toxumçular Assosiasiyası ilə əlaqələri gücləndirir  |     13:20 Mərakeş Kralı zəlzələdən zərərçəkmiş yaralılara qan verdi  |     10:48 Qanda şəkərin miqdarının kəskin artıb-azalması diabetik komaya qədər gətirib çıxara bilir  |     14:50 Mərakeş Krallığı zəlzələ ilə bağlı işçi qrupu yaradıb  |     11:49 Əziz kinosevərlərə şad xəbərimiz var!  |     18:10 “Nar” “Stevie” mükafatına layiq görüldü  |     23:58 Müasir dövrün tarixi - VANDA  |     18:26 Azərbaycan diplomatiyasının növbəti parlaq qələbəsi  |     09:51 Puç olmuş ümidlər və Azərbaycan diplomatiyasının növbəti qələbəsi  |     11:17 Mərakeş Xarici İşlər Nazirliyi BRİKS-ə qoşulmaq üçün ərizə verilməsi ilə bağlı məlumatı təkzib edib  |     15:55 “Nar” dan yeni xidmət: NaviMax GPS izləmə imkanı  |     11:03 Tərəqqinin 44 illiyini qeyd edirik: Oued Eddahab əyalətinin Mərakeş tərəfindən bərpası  |     18:41 Qubad İbadoğlunun həbsi Qərbin Azərbaycana təzyiq siyasətinin labüd nəticəsidir -VİDEO  |    
Ərdoğanı Putinin planlarından xəbərdar etdim - Zelenski
Dünya 22.08.2022 232

Ukrayna bütün tərəfdaşlarına Rusiyanın bu həftəki planları barədə xəbərdarlıq edib.

Bakupost.az UNİAN-a istinadla xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski axşam videomüraciətində bildirib.


"Ukraynanın bütün tərəfdaşları terror dövlətinin bu həftə nələr hazırlaya biləcəyi ilə bağlı məlumatlandırılıb. Bu gün Fransa prezidenti Emmanuel Makronla bütün təhdidlər barədə danışdım. Türkiyə Prezidenti Ərdoğan da bütün bunlardan məlumatlıdır. BMT-nin baş katibi də. Onlar və digər dünya liderləri bizdən müvafiq siqnallar aldılar. Hər kəs hər şeyi başa düşür. Onlar işğalçıların nə etdiyini və bunun nələri təhdid etdiyini başa düşürlər. Və başa düşürlər ki, Ukrayna bununla barışmayacaq”, - Zelenski bildirib.

Zelenski həmçinin öz xalqını işğalçılardan müdafiə edən qəhrəmanların təhqir edilməsi ilə barışmayacaqlarını da bildirib:

"Hətta müharibə zamanı da qaydalar olmalıdır. Dünya gücü istənilən dövləti, istənilən terrorçunu bu qaydalara əməl etməyə məcbur edə bilər. Biz ukraynalılar isə bir şeyi yadda saxlamalıyıq: nə olursa olsun, məqsədimiz qələbədir”, - deyə prezident əlavə edib.

Bundan əvvəl Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak bildirmişdi ki, Rusiya Ukraynanın Müstəqillik günü ərəfəsində - avqustun 23-24-də hücumlarının sayını artırmağa çalışacaq.






Starxeber Bizi instagramda izləyin