Dünya
16.08.2022
118
Türkiyənin Birecik mahalında Çiçəkalan Sərhəd məntəqəsinə terror hücumu həyata keçirilib.
Operativ24.Az xəbər verir ki, bu barədə Şanlıurfa valisi Salih Ayhan məlumat verib.
Qeyd edilib ki, hücum zamanı 1 türkiyəli əsgər şəhid olub, daha 4 əsgər yaralanıb.
Yaralılar helikopterlə xəstəxanaya çatdırılıb.
Hücumdan sonra Türkiyə Silahlı Qüvvələri Ayn-El Arapdakı terror məntəqələrini atəşə tutub.