17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Vüsalə vəfat edən qardaşından yazdı: “Param-parça olduğum qara gün”
Maqazin 16.08.2022 104

“15.08.2021... Tam dibə batdığım,param-parça olduğum, amma qanayan yaramı qürurumla möhkəm sarıb davam etdiyim qara gün. Hesabatım var sənə qaragözlüm, ucaboylum, yaraşığına qurban olduğum, sənsiz bir il…” 

Bizim.Media xəbər verir ki, bu sözləri aparıcı Vüsalə Əlizadə sosial şəbəkə hesabında yazıb. 
Aparıcı qardaşı Əlihüseyn Əlizadənin ölümündən bir il ötdüyünü bildirib.  

“Biz yaxşı deyilik, amma yaxşı görünürük, hətta çox yaxşı görünürük. Bacılarla göz-gözə gələndə qaçırırıq gözlərimizi, amma hərdən hönkürüb atırıq qəhərimizi, sən boyda acımız var ürəyimizdə, bir az gileylenirik arxanca, beş bacının qardaşı belə vəfasız olar? Anam gözləyir səni, barışmır yoxluğunla, köhnə mesajlarına hər gün indi yazmısan kimi qulaq asır, budur təsəllisi, paltarlarından alır iyini.  Oğlun Rafael böyüyüb, eynən sən kimidir. Dəcəl, səbirsizdir, cəsur, çox yaraşıqlıdır, güləndə sənin kimi qəmzəsi də var yanağında.

Yadındasan, heç unutmayıb, unutdurmarıq, Hüseynə zəng edək danışım deyir. Hə bax onda bizim xısın-xısın ağlayıb, bir-bir gözündən itdiyimiz məqam.

Ata uzağa gedib, işləyir, sənə pul göndərir, oğlum böyüsün, oxusun, mənim kimi vətənini sevən igid, insan, kişi olsun deyirik, hələki, aldada bilirik… 

Xatırlayırsan, mənim sənə əmanətim vardı - Dilək… Onun adı gələndə gözün dolurdu, deyirdim ki, səndən başqa arxası yoxdur, özüm varam deyirdin, indi sənin adın gələndə onun gözləri dolur, səni ürəyinin ən dərin yerində gizləyib, hələ sənə şeir də yazıb… 
Sevgin - hər şey yarım…Xəyallarda, xatirələrdə, şəkillərdə, puç olmuş arzularda. Yadigarını, soyadını yaşatmağa arxasında yox, yanındayıq… 

Və mən…Başı bəlalı bacın… Hər səhər ”Sən varsan məni görürsən, eşidirsən” deyib, göz yaşımı gizli, zərifliyimi güclü, sıxıntılarımı gülüşümün altındakı qəhərə sığdırdığım bir il yaşadım. Sənə söz verdiyim hər şeyi etdim. Bacardım yenə, öhdəsindən gəldim. Durdum, haqqında hesabat verdiklərim dursun deyə, dedim, güldüm, işimdə daha uğurlu oldum, qurulan bütün şərəfsiz oyunlara, çirkin məqsədlərə lal, kar, kor oldum, çünki dünya axirət sözüm var idi sənə! Nigaran qalma, balan sənin əziyyətinin, Vətən keşiyində qoyduğun canın, zəhmətin haqqı ilə böyüyür, sənin çörəyini yeyir, gözün arxada qalmasın, hər şey var bircə sən yoxsan… 

Bir ananın gözdağı balası, beş bacının can yarısı qardaşı, bir körpənin doymadığı atası, bir sevginin yarısı…” 

Qeyd edək ki, Əlihüseyn Əlizadə Dövlət Sərhəd Xidmətinin zabiti olub. O, avtomobil qəzasında vəfat edib.






Starxeber Bizi instagramda izləyin