17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Maaşlar ARTIRILIR: Kimə nə qədər artacaq? - RƏSMİ AÇIQLAMA
Sosial 16.08.2022 97

"Gəlirlər artdığı üçün büdcəyə yenidən baxılıb. Eyni zamanda dövlət büdcəsində əməkhaqlarının artımı nəzərdə tutulub”.


 

Bunu Bakupost.az -a açıqlamasında millət vəkili Aydın Hüseynov deyib.

Millət vəkili bildirib ki, hökumət xüsusilə aztəminatlı ailələrin inflyasiyadan çox təsirlənməməsi üçün addımlar atacaq. Onlardan biri də sosial paketin qəbuldir:

 

"Proqnozlaşdırılan inflyasiya mövcuddur və əməkhaqlarının artımında nəzərə alınıb. Xüsusilə təqaüdçülər, pensiya alanlar, həssas kateqoriyadan olan insanlara inflyasiya təsir etməsin deyə məsələ daim diqqətdə saxlanılır və əməkhaqları artırılır. Bildiyiniz kimi 2022-ci ilin dövlət büdcəsi proqnozlaşdırılanda Ukrayna-Rusiya müharibəsi yox idi. Ona görə də müharibənin olacağı və təsirləri nəzərə alınmamışdı. Elə məhsullar var ki, ölkəmizin daxili tələbatını ödəyə bilmir və onu məcburən digər ölkələrdən alırıq. Bu da yüksək iflyasiyanın ölkəyə daxil olmasını göstərir. Dövlət tərəfindən subsidiyların, güzəştli kreditlərin verilməsi, sahibkarlara dəstək olunması, eyni zamanda digər güzəştlər inflyasiyanın təsirini azaldan amillərdir. Proqnozlaşdırılan inflyasiyanın təsirlərini aradan qaldırəlması üçün dövlət büdcəsində vəsait nəzərdə tutulub”.

A.Hüseynov "aztəminatlı və sosial vəziyyəti aşağı olan ailələrə yenidən 190 manatlıq yardım verilə bilərmi" sualını belə cavablandırıb:

 

"Pandemiya dövründə verilən 190 manatla bağlı məsələnin mahiyyəti bir az fərqli idi. Karantin dövründə iş yerləri bağlı olduğu, əhalin heç yerdən gəliri olmadığı üçün aztəminatlı ailələrə 190 manta məbləğində maddi yardım edildi. Həmin vaxt iqtisadi fəallıq özü də aşağı idi. Ona görə də dövlət bu sosial paketi həyata keçirdi. Hazırda əhalinin həssas təbəqəsi üçün başqa formada dəstək nəzərdə tutulur”.






Starxeber Bizi instagramda izləyin